FACT-INFO.AZ » SİYASƏT » ATƏT-in Daimi Şurasının iclasında Ermənistana diplomatik təzyiq göstərilməsinə çağırış edilib
6-03-2017, 09:00 | SİYASƏT
ATƏT-in Daimi Şurasının iclasında Ermənistana diplomatik təzyiq göstərilməsinə çağırış edilib

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının ATƏT yanında daimi nümayəndəliyi tərəfindən fevralın 24-25-də qarşıdurma xəttində Ermənistanın törətdiyi təxribat barəsində məlumat verilib. Bunun Ermənistanın hərbi-siyasi rəhbərliyinin davamlı olaraq revanşist bəyanatlar verərək, aprel hadisələri nəticəsində itirilmiş mövqeləri geri almaq barədə Ermənistan cəmiyyətində gözləntilər formalaşdırmağa yönəlmiş bəyanatlarının praktik nümunəsi olduğu vurğulanıb. Bu xüsusda, Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə hərbi təlimlərin keçirilməsi, hərbi mövqelərin və infrastrukturun möhkəmləndirilməsi səyləri, silah və hərbi texnikanın həmin ərazilərə qanunsuz ötürülməsi faktları ATƏT–in iştirakçı dövlətlərinin diqqətinə çatdırılıb.

Daimi nümayəndəlik Ermənistan tərəfinin hər fürsətdə atəşkəs rejimi ətrafında spekulyasiya etmək, atəşkəsi dar mənada təhrif olunmuş şəkildə təqdim etmək cəhdlərinə cavab olaraq bildirib ki, 1994-cü ilin atəşkəs rejimi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Bişkek Protokoluna əsaslanır. Bu sənədlərdə münaqişə zonasında atəşin dayandırılması birmənalı şəkildə bütün hərbi fəaliyyətin dayandırılması, işğalçı qüvvələrin geri çəkilməsi, beynəlxalq sülhməramlı qüvvələrin yeridilməsi, kommunikasiyaların bərpası, məcburi köçkünlərin geri qayıtması və münaqişənin yekun həlli üçün danışıqların sürətləndirilməsi kimi məqsədlərlə əlaqələndirilib.

Beləliklə, atəşkəsdən danışılan zaman təkcə mövqelər arasında müxtəlif silahlardan atəşin açılması nəzərdə tutulmamalı, məsələyə qeyd edilən məqsədlər kontekstində kompleks yanaşılmalıdır. Atəşkəsin pozulmasına təkcə tərəflərin bir-birinə atəş açması deyil, həmçinin işğalın vəziyyətinin möhkəmlənməsinə xidmət edən fəaliyyət, işğal edilmiş ərazilərdə hərbi mövcudluğun möhkəmləndirilməsi, silah və texnikanın qanunsuz ötürülməsi, hərbi təlimlərin keçirilməsi, məcburi köçkünlərin qayıdışına maneə yaradılması kimi ayrılmaz elementlərə nə dərəcədə əməl olunması da aid edilməlidir.

Daimi nümayəndəlik qeyd edilən istiqamətlər üzrə atəşkəs rejiminin Ermənistan tərəfindən davamlı şəkildə pozulmasının beynəlxalq ictimaiyyət, xüsusilə münaqişənin həlli üzrə vasitəçilik missiyasını üzərinə götürmüş dövlətlər tərəfindən birmənalı şəkildə pislənilməsinin və bu kimi pozuntuların nəticələrinin aradan qaldırılmasının zəruri olduğunu diqqətə çatdırıb.

Xüsusilə vurğulanıb ki, atəşkəs rejimi münaqişənin həlli üçün danışıqların sürətləndirilməsini nəzərdə tuturdu. Halbuki, Ermənistan bundan davamlı şəkildə imtina edir. Qeyd edilənlər kontekstində, Vyana və Sankt-Peterburq görüşlərindən sonra tez-tez səsləndirilən “danışıqlar üçün münbit atmosferin yaradılmalı” olduğuna dair mövqe, əslində 1994-cü ildə tətbiq edilmiş rejimə ziddir.

Substantiv danışıqlar olmadan, eləcə də atəşkəsi möhkəmləndirmək məqsədilə irəli sürülən tədbirlər münaqişənin nizama salınması prosesi ilə sinxronlaşdırılmadan və prosesin aidiyyəti mərhələləri ilə əlaqələndirilmədən atəşkəs rejimi davamlı ola bilməz. Bu rejim substantiv danışıqlar olmadan atəşkəs rejiminin effektiv şəkildə qorunub saxlanmasının qeyri-mümkünlüyünü ehtiva edir və qarşıdurma xəttindəki son vəziyyət də bu əlaqənin əyani göstəricisidir.

Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan tərəfi həmsədrlərin danışıqların yenidən başlanması üçün çeviklik göstərilməsi ilə bağlı çağırışını, eləcə də BMT baş katibinin Ermənistan-Azərbaycan münaqişəsi üzrə təxirə salınmadan substantiv danışıqlara başlamaq barəsində müraciətini alqışlayır.

İclasda Aİ, o cümlədən Makedoniya, Albaniya, Monteneqro, Serbiya, Bosniya və Herseqovina, İslandiya, Norveç, Gürcüstan, San-Marino adından səsləndirilmiş bəyanatda işğal edilmiş ərazilərimizdə Ermənistan tərəfindən keçirilmiş qanunsuz “referendum”a münasibət bildirilib, adıçəkilən ölkələrin “referendum”un keçirildiyi hüquqi və konstitusion çərçivəni tanımadığı bəyan edilib. Qeyd olunub ki, “referendum” Dağlıq Qarabağ regionunun statusuna və münaqişənin nizama salınması üzrə danışıqlara heç bir təsir edə bilməz.

Türkiyə tərəfi qarşıdurma xəttində baş vermiş təxribatlardan narahatlığını ifadə edib, 25 ildən artıq bir müddət ərzində Ermənistan tərəfindən Azərbaycan ərazilərinin beşdəbirinin işğal altında saxlandığı vurğulanıb. Bildirilib ki, Türkiyə Minsk qrupunun üzvü kimi münaqişənin tezliklə nizama salınması üçün qrupun səylərinin artırılmasını vacib hesab edir. Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməmiş qalması səbəbindən Ermənistan regional əməkdaşlıq layihələrindən kənarda qalır. Münaqişəyə son qoyulması regionda yeni əməkdaşlıq imkanlarına, bütün regionun, o cümlədən Ermənistanın inkişafı üçün yeni perspektivlərin açılmasına şərait yaradacaq.

Ermənistan tərəfinin qarşıdurma xəttindəki təxribatları təhrif etmək, eləcə də işğal olunmuş ərazilərdə keçirilmiş “referendum”a hüquqi don geyindirmək cəhdlərinə cavab olaraq, Azərbaycanın daimi nümayəndəliyi bir daha vurğulayıb ki, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti Azərbaycanla həmrəylik nümayiş etdirir və güc yolu ilə ərazi ilhaq etməklə barışmadığını bəyan edir. Son 25 il ərzində Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə qarşı əsassız iddialarını reallaşdırmaq üçün bir millimetr belə irəliləyə bilməyib. Regiondakı vəziyyətdən də aydın göründüyü kimi, bundan sonra da Azərbaycan Ermənistanın münaqişə ilə bağlı xülyalarının reallaşmasına imkan verməyəcək.

Ermənistanın hazırkı rəhbərliyinin siyasəti nəticəsində bütün regional əməkdaşlıq platformalarından təcrid olunmuş Ermənistan öz siyasətini yenidən nəzərdən keçirməli, hazırkı vəziyyətin həqiqətən erməni xalqının maraqlarına uyğun olub-olmadığı barəsində ciddi düşünməlidir.

Sonda daimi nümayəndəlik ATƏT-in iştirakçı dövlətlərini, Minsk qrupunu və onun həmsədrlərini Ermənistanın qarşıdurma xəttində vəziyyəti gərginləşdirən təxribatçı əməllərə son qoyaraq, münaqişənin davamlı həlli istiqamətində substantiv danışıqlara cəlb edilməsi üçün bu ölkə üzərində siyasi diplomatik təzyiq göstərməyə çağırıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 




Baxış sayı: 1 574
Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031