Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Milad bayramı ilə əlaqədar Vatikanın Müqəddəs Pyotr meydanında ənənəvi “Urbi et Orbi” (Romaya və dünyaya) çıxışı zamanı dünyada zorakılığa son qoymağa çağırıb.
Fact-info.az xəbər verir ki, katoliklərin ruhani lideri Milad bayramında münaqişə zonalarında atəşkəs çağırışını yeniləyib.
Roma Papası Qəzzada yaranmış ağır vəziyyətdən narahatlığını bildirib, atəşkəs, girovlar azad olunması və insanlara yardım edilməsi ilə bağlı çağırış edib. Pontifik Ukrayna, Yaxın Şərq, Livan və Suriyada dialoq və davamlı sülhə nail olunmasının vacibliyini vurğulayıb. Həmçinin, səhiyyə problemləri ilə üzləşən Afrika ölkələri, eləcə də münaqişələr və iqlim dəyişmələrindən əziyyət çəkən milyonlarla insan üçün dua etdiyini bildirib.
Baxış sayı: 165
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
