FACT-INFO.AZ » QHT » Azərbaycanın II Dünya müharibəsindəki iştirakı və qələbəyə verdiyi tarixi töhfə ilə bağlı tədbir keçirilib
13-12-2024, 15:00 | QHT
Azərbaycanın II Dünya müharibəsindəki iştirakı və qələbəyə verdiyi tarixi töhfə ilə bağlı tədbir keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Rusiya səfirliyinin də iştirakı ilə tədbir keçirilib. Azərbaycanın İkinci Dünya müharibəsindki iştirakı və qələbəyə verdiyi töhfəyə həsr olunan tədbirdə Rusiya Federasiyasının Azərbaycan Respublikasdındakı fövqəladə və səlahiyyətli sədiri Yevdokimov Mixail Nikolaeviç, Azərbaycandakı Rusiya Həmvətənləri Təşkilatlarının Koordinasiya Şurasının sədri, Azərbaycan Kazakları Həmyerlilər Birliyinin atamanı Çiğiryov Yuri Sergeyeviç, Atamanın Azərbaycan Gəncləri siyasəti üzrə müavini Sleptsov Ruslan Anatolyeviç və digər qonaqlar iştirak edib.

Tədbirdən öncə İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olan şxəslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib, faşizm üzərində tarixi qələbənin əldə edilməsində neft Bakısının müstəsna xidməti olduğunu bildirib. Polkovnik qeyd edib ki, Azərbaycan xalqının nümayəndələri arxa cəbhədə olduğu kimi, ön cəbhədə də böyük qəhrəmanlıqlara imza atıb, həm milli diviziyalar, həm də digər diviziyalaırn tərkibində faşizmə qarşı ciddi mübarizə aparıblar. Təşkilat sədri faşizm üzərində qələbənin 80 illiyi ərəfəsində Bakının tarixi xidmətlərinin MDB tərəfindən fəxri adla əbədiləşdiriləcəyinə olan inamını da ifadə edib.

Tədbirdə çıxış edən Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli sədiri Yevdokimov Mixail Nikolaeviç İkinci Dünya müharibəsində Azərbaycan xalqının faşizmə qarşı apardığı mübarizəni yüksək qiymətləndirib, bu mübarizənin xalqlarımızın tarixi dostluğunun bariz nümunəsi olduğunu vurğulayıb.

Azərbaycandakı Rusiya Həmvətənləri Təşkilatlarının Koordinasiya Şurasının sədri, Azərbaycan Kazakları Həmyerlilər Birliyinin atamanı Çiğiryov Yuri Sergeyeviç də İkinci Dünya müharibəsində Azərbaycan xalqının böyük fədakarlıqlara imza atdığını bildirib, bu fədakarlığın hər zaman böyük hörmət və  ehtiram hissi ilə yad ediləcəyini qeyd edib.

Daha sonra orta məktəb şagirdləri ifasında İkinci Dünya müharibəsi qəhrəmanlarının xatirəsinə həsr edilən rəqs ifa ediblər.

Tədbirin sonunda bir sıra şəxslərə mükafatlar təqdim olunub.





Baxış sayı: 205
Fon der Lyayen: Avropa Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak edəcək Bu gün, 10:30 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub Bu gün, 09:30 Prezidentin Mətbuat Xidmətinin məlumatı Bu gün, 08:00 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb Bu gün, 08:00 Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30