Bundan 106 il əvvəl qurulan Azərbaycan parlamenti Şərqdəkı ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin bir rəmzidir.
Fact-info.az xəbər verir ki, bu sözləri Qazaxıstan Respublikası Parlamenti Senatının Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin katibi Darxan Kıdırali dekabrın 7-də Milli Məclisdə keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusuna həsr edilmiş beynəlxalq parlament konfransında çıxışı zamanı bildirib.
O deyib: “44 günlük Vətən müharibəsində ölkə torpaqlarının bütünlüyü üçün Prezident İlham Əliyevin Zəfər yürüşündə Milli Məclis daim onun yanında oldu. Azərbaycanın ərazi bütövlüyü üçün böyük töhfələr verən Milli Məclisi bu münasibətlə təbrik etmək istəyirəm. Qarabağ dost və qardaş ölkələr arasında münasibətlərin yüksəldilməsində dönüş nöqtəsi oldu. Qazaxıstan dövləti də Füzulidə bir məktəb açaraq, səmimi dostluğunu bu şəkildə göstərmiş oldu”.
Baxış sayı: 130
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
