Noyabrın 29-da Mərakeşin Tancə şəhərində beynəlxalq MEDays Forumu çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Mərakeşin Amadeus İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb. Fact-info.az xəbər verir ki, sənədi BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev və Amadeus İnstitutunun prezidenti İbrahim əl-Fasi əl-Fəhri imzalayıblar.
Memoranduma əsasən, BMTM ilə Amadeus İnstitutu arasında qarşılıqlı faydalı əməkdaşlığın reallaşdırılması nəzərdə tutulub.
F.Şəfiyev iki ölkə arasında ortaq mədəni və tarixi yaxınlığın olduğunu vurğulayaraq, Mərakeş institutu ilə keçirilən görüşün və imzalanan sazişin tərəflər arasında yeni əməkdaşlıq perspektivlərinin açılmasına töhfə verəcəyinə inamını ifadə edib.
Amadeus İnstitutunun prezidenti İbrahim əl-Fasi əl-Fəhri imzalanan sənədin əhəmiyyətindən danışıb. Qeyd edib ki, memorandum çərçivəsində müştərək proqramlar icra olunacaq.
Baxış sayı: 265
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
