FACT-INFO.AZ » SİYASƏT » Almaniyadan Xocalı soyqırımı ilə BƏYANAT
28-02-2017, 09:20 | SİYASƏT
Almaniyadan Xocalı soyqırımı ilə BƏYANAT

Bəyanatda bildirilir ki, ötən əsrin 90-cı illərinin əvvəlindən etibarən Cənubi Qafqaz ölkələri olan Ermənistan və Azərbaycan arasında baş vermiş qanlı münaqişə nəticəsində hər iki tərəfdən minlərlə insan öz həyatını itirib, yüz minlərlə insan öz evlərini tərk etməli olub və bu günədək geri qayıda bilməyiblər: “25 il öncə Xocalıda baş verənlər şiddətli hadisələr buna misaldır. 1992-ci ilin 26 fevralına keçən gecə erməni ordusu şəhəri zəbt edərək qadın və uşaqlar daxil olmaqla, yüzlərlə azərbaycanlı mülki şəxsi qətlə yetirib. “Human Rights Watch“a görə, bu hadisə Dağlıq Qarabağ münaqişəsi dövründə ən böyük qətliam olub”. 

Bəyanatda qeyd olunur ki, 1992-ci ildən ATƏT-in Minsk qrupu münaqişənin sülh yolu ilə həlli istiqamətində səylər göstərir: “Davamlı vasitəçilik cəhdlərinə baxmayaraq, “status-kvo”nun aradan qaldırılması ilə bağlı bütün səylər indiyə kimi uğursuzluğa düçar olub. Sonuncu dəfə münaqişə zonasında 2016-cı ilin yaz aylarında gərginlik olub, nəticədə çoxlu sayda insanlar ölüb və yaralanıb. Münaqişə həm regiondakı inkişafa, həm də sabitliyə qarşı davamlı şəkildə maneçilik törədir. Bundestaqdakı SPD fraksiyası olaraq Almaniyanın həm Ermənistan, həm də Azərbaycanın etibarlı tərəfdaşı olmasını dəstəkləyirik. Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli yalnız sülh yolu ilə mümkündür. Bundestaqdakı SPD fraksiyası Xocalı qurbanlarının xatirəsinin yad edilməsini sülh və barışıq naminə addımın atılması üçün fürsət hesab edir. Bu, 25 illik münaqişəyə son qoyulması üçün indiyə qədər edilən cəhdlər barədə bir daha düşünmək və münaqişənin sülh yolu ilə həllinə töhfə verəcək yeni impulslar axtarmaq üçün bir vasitədir. Dağlıq Qarabağ münaqişəsi unudulmamalıdır. Münaqişənin sülh yolu ilə həlli regionda müsbət iqtisadi və sosial impulsların yaranmasına səbəb olardı. Cənubi Qafqazda sabitlik Almaniya və ümumilikdə Avropa üçün böyük maraq kəsb edir”. 

Həmçinin Almaniya Bundestaqının Cənubi Qafqaz Qrupunun sədri Karin Strenz Xocalı soyqırımını pisləyən bəyanat yayıb. Bəyanatda deyilir ki, 1992-ci ilin 25 fevralında baş vermiş şiddətli hücum və şəhərin erməni qoşunları tərəfindən işğal edilməsi nəticəsində qadın və uşaqlar daxil olmaqla, yüzlərlə azərbaycanlı öz həyatını itirib: “Bu müddət ərzində, habelə bundan sonra çoxlu sayda insan öz evlərini tərk edərək qaçmağa məcbur olub. 9,5 milyon insanın yaşadığı Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkün var. Almaniya Bundestaqı sülhü Avropanın sabitliyi üçün ən ümdə şərt olaraq görür. Dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı beynəlxalq hüququn əsas prinsipləridir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi (822, 853, 874, 884 saylı qətnamələr) bu mövqeyi təsdiq edir və Ermənistan tərəfindən ərazilərin işğal olunmasının beynəlxalq hüquqa zidd olduğunu hesab edir. Məsələnin həllinə yönəlmiş ciddi hesab olunan bir addım Xocalıda baş vermiş qeyri-insani hadisələrdən təəssüf və peşmançılığın ifadə olunmasıdır. Bu davranış Cənubi Qafqazda sülh münasibətlərinin təşəkkül tapması istiqamətində mühüm addım olardı”. (Azadinform)

 

 

 

 

 




Baxış sayı: 1 723
Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031