FACT-INFO.AZ » SİYASƏT » Vyanada Ermənistan-Azərbaycan Sülh Platformasının təqdimatı olub
23-02-2017, 09:20 | SİYASƏT
Vyanada Ermənistan-Azərbaycan Sülh Platformasının təqdimatı olub

 Vyanada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyinin təşkil etdiyi konfransda elmi dairələrin təmsilçiləri, Vyana Universitetinin tələbələri, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak ediblər. 
Tədbiri giriş sözü ilə açan tarix elmləri doktoru İnanç Atılqan dünyada sülhün bərqərar olmasına çalışan çoxlu sayda böyük şəxsiyyətin, pasifist və sülh üzrə Nobel mükafatı laureatlarının təhsil aldığı Vyana Universitetində, ümumiyyətlə Avropanın mədəniyyət, ədəbiyyat və sülh paytaxtı Vyanada belə bir toplantının keçirilməsindən məmnunluğunu ifadə edib. O, Avstriya yazıçısı, sülh üzrə Nobel mükafatı laureatı, “Silahları endirin!” adlı kitabı ilə bütün dünyada məşhur olan Berta von Suttner və digər şəxsiyyətlərin dünyada sülh naminə göstərdiyi fəaliyyəti xatırladıb.
Avropa Şurasının sabiq baş katibi Valter Şvimmer çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərarlar, şəxsən özünün fəaliyyəti dövründə münaqişənin nizamlanması istiqamətində görülən işlərdən danışıb. O, Cənubi Qafqazda bütün xalqların, eləcə də Azərbaycan və erməni xalqlarının dinc və birgə yaşamalı olduğunu bildirərək, vurğulayıb ki, bu birgəyaşayışın təmin olunması üçün göstərilən bütün sülh təşəbbüsləri dəstəklənməlidir.
Sonra tədbirdə Ermənistan-Azərbaycan Sülh Platformasının xaricdə ilk təqdimatı olub. Platformanın həmtəsisçiləri və onu dəstəkləyənlər – hüquq müdafiəçisi və yazıçı Vahe Avetyan, “Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyəti” İctimai Birliyinin sədri Novella Cəfəroğlu, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı, ictimai fəal Erik Xaçaturov bu təşəbbüsün yaranması və daha öncəki cəhdlər barədə məlumat verərək bu platformanın qarşıya qoyduğu məqsədlərdən danışıblar. 
Qeyd edilib ki, bu təşəbbüsün məqsədi hər iki ölkədə vətəndaş cəmiyyətinin sülh prosesinə cəlb olunması, Dağlıq Qarabağ münaqişəsinin gələcək nəsillərə ötürülməməsi və hər iki xalq arasında sülh və dinc birgəyaşayışın yollarını tapmaqdan ibarətdir. Həmçinin vurğulanıb ki, sülh prosesində yalnız iki xalqın iştirakı yetərli deyil, bu sülhün həqiqətən də bərqərar olmasını istəyən dövlətlər əməli şəkildə bu prosesi dəstəkləməlidirlər. Bu prosesdə, həmçinin beynəlxalq təşkilatların və hər iki ölkənin diasporunun vətəndaş cəmiyyətlərinin yaxınlaşması üçün səy göstərməlidirlər. İştirakçılar Ermənistan və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini, münaqişənin həlli üçün BMT-nin müvafiq qətnamələri və Avropa Şurasının 1416 saylı qətnaməsinin icra edilməli olduğunu bildiriblər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində heç kimin qalib gəlmədiyini diqqətə çatdıran çıxışçılar regionda sülhün bərqərar olması üçün işğal olunmuş torpaqların azad edilməsinin, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtmasının vacib şərt olduğunu bildiriblər.
Ermənistan-Azərbaycan Sülh Platformasının həmkoordinatoru Orxan Nəbiyev gənclərin platformaya münasibəti və qarşıda duran əsas hədəflər barədə məlumat verib. Qeyd edilib ki, platformanın təqdimatı və sülh prosesinə dəstək göstərənlərin sıralarını genişləndirmək, yeni fikir və impulsların qazanılması üçün yaxın gələcəkdə Avropanın müxtəlif şəhərlərində görüş və toplantılar keçiriləcək. Çıxışlardan sonra məruzəçilər dinləyiciləri maraqlandıran sualları cavablandırıb, mövzu ətrafında diskussiya aparılıb.(AZƏRTAC)




Baxış sayı: 1 613
Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031