FACT-INFO.AZ » SİYASƏT » Elman Nəsirov: Bu görüşün Bakıda keçirilməsi bir daha təsdiq etdi ki, beynəlxalq aləmdə Azərbaycana böyük etimad var
16-02-2017, 21:25 | SİYASƏT
Elman Nəsirov: Bu görüşün Bakıda keçirilməsi bir daha təsdiq etdi ki, beynəlxalq aləmdə Azərbaycana böyük etimad var

Amerika Birləşmiş Ştatlarının Baş Qərargahlar rəisi general Cozef Danford ilə Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun Azərbaycanın paytaxtında keçirilən görüşü böyük siyasi əhəmiyyəti olan hadisədir.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, professor Elman Nəsirov bildirib.

Elman Nəsirov deyib ki, iki nəhəng dövlət həm ikitərəfli münasibətlərinin bu günü və gələcəyi, həm də regional təhlükəsizlik məsələlərini, dünyanı narahat edən mürəkkəb məsələləri müzakirə etmək üçün məhz Bakı şəhərini seçib. Bakının görüş məkanı kimi seçilməsi ona dəlalət edir ki, Azərbaycan, sözün həqiqi mənasında, dünyanın ən sabit, ən təhlükəsiz ölkələrindən birinə çevrilib. İkincisi, bu, onun təsdiqidir ki, Prezident İlham Əliyev olduqca balanslı, çevik siyasət həyata keçirir və bu siyasətin gətirdiyi dividend həm ABŞ-ın, həm də Rusiyanın diqqətini cəlb edib. Belə bir siyasət, ilk növbədə, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə söykənir. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasına iki il müddətinə qeyri-daimi üzv seçilmiş, iki dəfə Şuraya sədrlik etmişdi. Azərbaycan bu gün beynəlxalq təhlükəsizliyə çox ciddi töhfələr verir. Bütün bu reallıqlar heç şübhəsiz ki, iki supergüc dövlətin hərbi sahədə önəmli generallarının Bakıda bir araya gəlməsini şərtləndirən əsas amillərdəndir.

Deputat vurğulayıb ki, Bakıda baş tutan bu görüş, sözün həqiqi mənasında, Azərbaycanın mövqeyinin beynəlxalq aləmdə güclənməsi üçün yeni imkanlar açacaq. Bu, Azərbaycan üçün yeni dividendlər qazandıracaq və ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da möhkəmlənəcək. Onu da qeyd etmək lazımdır ki, bu gün Azərbaycan paytaxtı yenidən bütün dünyanın kütləvi informasiya vasitələrinin diqqətində oldu. Hamı dünyanın ən təhlükəsiz ölkələrindən biri olan Azərbaycanın paytaxtında iki nəhəng dövlətin yüksək rütbəli generallarının görüşünü maraqla izlədi. Bütün bunlar təbii ki, Azərbaycanın beynəlxalq aləmdə tutduğu yeri təsdiqləyən faktlardır.

 “Bu görüş həm də ona görə Bakıda keçirildi ki, Azərbaycan Prezidentinin özünə beynəlxalq aləmdə, xüsusilə ABŞ-da və Rusiyada çox böyük etimad var. Dövlətimizin başçısının həyata keçirdiyi uğurlu siyasət sayəsində bizim həm ABŞ ilə, həm də Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərimiz formalaşıb. Bu gün Azərbaycanın paytaxtı həllini gözləyən problemlərin müzakirə olunduğu bir məkana çevrilib. Bu, bir daha Azərbaycanın beynəlxalq siyasətdə oynadığı böyük roldan xəbər verir. Azərbaycan coğrafi baxımdan o qədər böyük ölkə olmasa da, sözünün çəkisi böyükdür. ABŞ-ın və Rusiyanın baş qərargah rəislərinin Azərbaycanın paytaxtını görüş yeri seçməsi həm də ölkəmizin sözünün önəm kəsb etməsi ilə bağlıdır”, - deyə Elman Nəsirov qeyd edib.




Baxış sayı: 1 708
Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031