FACT-INFO.AZ » SİYASƏT » "Azərbaycanla hesablaşmayanların aqibəti Lapşinin aqibəti kimi ola bilər"
9-02-2017, 09:10 | SİYASƏT
"Azərbaycanla hesablaşmayanların aqibəti Lapşinin aqibəti kimi ola bilər"

Bunu Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

A. Lapşinin ekstradisiyasını Azərbaycan dövlətinin siyasətin nəticəsi sayan B.Muradova qeyd edib ki, Azərbaycanla, onun qanunları ilə hesablaşmayanların aqibəti A.Lapşinin aqibəti kimi ola bilər.

MM sədrinin müavini əlavə edib ki, A.Lapşinin ekstradisiyası Azərbaycanı, onun qanunlarını nəzərə almadan ictimaiyyəti işğal olunmuş ərazilərə qanunsuz səfərlər etməyin mümkünlüyünə inandıran dairələrin iflasa uğramasıdır.

B.Muradovanın sözlərinə görə, bu addımın atılması Dağlıq Qarabağ seperatçı rejiminə, özünü “demokratik” ölkə kimi tanıtdırmaq istəyən Ermənistana və onu dəstəkləyən dairələrə, eyni zamanda A.Lapşin kimi hərəkətlər etmə barədə düşünənlərə bir mesajdır.

Ermənistanın Xarici İşlər Nazirliyinin A.Lapşinin ekstradisiyasının insan haqlarının, demokratiyasının pozulması kimi qiymətləndirməsinə münasibət bildirən B.Muradova əlavə edib ki, bu məsələlərlə bağlı danışmaq imkanı ən son halda Ermənistana verilə bilər.

MM sədrinin müavini hesab edir ki, A.Lapşinin ekstradisiyası beynəlxalq hüquqa - ölkələrarası ekstradiyaya dair müqavilələrə tam uyğundur: “Hazırkı şəraitdə ölkələrin ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını, beynəlxalq hüququn prinsipləri altında qorunmalı olan məsələlərin diqqətdən kənar qalmasını eyninə almayan, bu hüquqları pozmağı özü üçün qəhrəmanlıq sayan Lapşin kimi adamların mövcudluğu Ermənistanın və onun rəsmilərini bu şəkildə danışmağa vadar edir. Hesab edirəm ki, bu ekstradisiya ilk növbədə həm Azərbaycan, həm Belarus hökumətinin beynəlxalq hüquqa və ölkələrarası münasibətlərə, müqavilələrə sadiqliyinin və hüquqa söykənən münasibətinin göstəricisidir. Bunu da hər kəs qəbul etməlidir. Ermənistan isə artıq bu istiqamətdə bu günə qədər gördükləri işin iflasa uğramalarının fərqindədir. Ona görə də düşünürəm ki, onların narahatlıqları “anlaşılan”dır.” (trend)

 

 

 

 

 




Baxış sayı: 2 775
Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031