Amma bu gün Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində məcburi köçkünlərin işğaldan azad olunmuş əraziyə təhlükəsiz şəraitdə geri qayıtması təmin olunur. Artıq münaqişədə konsepsiyadan əməli işə keçməyin vaxtıdır.
Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev fevralın 7-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edən media nümayəndələrinə müsahibəsində deyib.
“Hesab edirik ki, dövlətimizin başçısının Sərəncamı ilə Cocuq Mərcanlının bərpası istiqamətində həyata keçirilən bu layihə məcburi köçkünlərin doğma yurda qayıdışı prosesində bir pilot layihə olacaq və beynəlxalq təşkilatlar tərəfindən də nəzərə alınacaq. Azərbaycan Prezidentinin təşəbbüsü və iradəsi ilə həyata keçirilən layihə beynəlxalq ictimaiyyət tərəfindən də dəstəklənir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və digər beynəlxalq strukturlar bu məsələ ilə əlaqədar qəti iradələrini ortaya qoyublar”, - deyə Hikmət Hacıyev bildirib.
Baxış sayı: 1 705
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

