FACT-INFO.AZ » QHT » ŞKTR parlamentinin spikeri: Lefkoşa Azərbaycanın Şimali Kipr ilə yaxınlaşması səylərini alqışlayır
14-05-2024, 16:00 | QHT
ŞKTR parlamentinin spikeri: Lefkoşa Azərbaycanın Şimali Kipr ilə yaxınlaşması səylərini alqışlayır

Lefkoşa Azərbaycan Respublikasının Şimali Kipr Türk Respublikası (ŞKTR) ilə yaxınlaşması səylərini alqışlayır. 

Bu barədə ŞKTR parlamentinin spikeri Zorlu Töre Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Şimali Kipr Türk Respublikası (ŞKTR) parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun sədri Cavanşir Feyziyev və Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Z.Töre qeyd edib ki, Türkiyə ordusunun 1974-cü ildə Kipr türklərinin müdafiəsinə gəldiyi vaxtdan bəri ŞKTR-in suverenliyi və müstəqilliyi uğrunda mübarizə davam edir. O, diqqəti beynəlxalq hüququn böhranına, o cümlədən BMT-nin fikir ayrılıqlarının nizamlanması və dünyada sülhün təmin edilməsi məsələlərində aciz olmasına çəkib.

BMT Kipr türk xalqının hüquqlarını təmin etməkdə aciz olduğunu nümayiş etdirir. Qərəz və ikili standartlar siyasəti var. Ona görə də biz problemlərimizi həll etmək üçün özümüz addımlar atmalı, düşmənlərimizin ardınca getməməliyik”, - deyə parlamentin sədri bildirib.

Azərbaycanın və şəxsən Prezident İlham Əliyevin ŞKTR-in dünya ictimaiyyətinə daha da yaxınlaşması səylərinə verdiyi töhfəni yüksək qiymətləndirən natiq Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi ilə bağlı Kipr türklərinin səmimi sevinc hissi keçirdiklərini vurğulayıb.

“Türk dövlətləri həmrəylik nümayiş etdirməli, bir-birinə dəstək olmalıdır. Əks halda, düşmənlərimiz daha da fəallaşacaq. Biz hamımız böyük birləşmiş türk millətinin bir parçasıyıq. Ümid edirəm ki, Türkiyə və Azərbaycanla birliyimiz digər ölkələr üçün də nümunə olacaq”, - deyə Z.Töre vurğulayıb.

O, Türkiyə və Azərbaycanla diaspor təşkilatları səviyyəsində əməkdaşlığın vacibliyini də qeyd edib.




Baxış sayı: 115
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Bu gün, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Bu gün, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Bu gün, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031