FACT-INFO.AZ » QHT » “Şuşa sakinlərini öz evlərində görmək çox qürurvericidir”
13-05-2024, 08:00 | QHT
“Şuşa sakinlərini öz evlərində görmək çox qürurvericidir”

“Ötən əsrin 90-cı illərinin əvvələrində Ulu Öndər Heydər Əliyevi böyük arzularla dövlətinin başına gətirən Azərbaycan xalqı bu gün onun təntənəsini yaşayır. Ölkəmizin bütün sahələrini əhatə edən tərəqqi, dönməz inkişaf yolunun möhkəm təməllərini məhz Ulu Öndərimiz müəyyənləşdirib. Və bu gün dünyanın hər yerində uğurlarından bəhs olunan, əsasən Avropada xilaskar dövlət kimi tanınan, əməkdaşlıq etdiyi dövlətlər tərəfindən etibarlı tərəfdaş olaraq təqdir edilən, yeni-yeni reallıqlar yaradan, yerləşdiyi regionun lideri səviyyəsinə yüksələn bugünkü Azərbaycan Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin üzərində qərar tutub. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu siyasi kursa sadiq fəaliyyəti, həmçinin peşəkarlığı, böyük bacarığı, düşünülmüş mühüm qərarları və cəsarətli addımları ilə Azərbaycanımızın hərtərəfli inkişafını təmin etdi. Eləcə də Ulu Öndərimizin ən böyük istəyini - Vətənimizin ərazi bütövlüyünü reallığa çevirdi. Hazırda biz Heydər Əliyevin hədəflədiyi, görmək istədiyi ölkədə yaşayırıq. Bu qüdrətli, qürurlu və şanlı Azərbaycandır”.

Bu fikirləri kütələvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev öz müdrik siyasəti və əzmkarlığı ilə tarixin gedişini dəyişdi, Qarabağ münaqişəsini parlaq Qələbə ilə başa çatdıraraq bütün mənasız proqnozları, qərəzli yanaşmaları alt-üst etdi: “Bu, həqiqətən də, çətin bir missiya idi. Qələbəmizdən sonra biz bunu aydın gördük. Kimlər Azərbaycana dil uzatmadı, bu işdən əndişə keçirmədi, müxtəlif bəhanələrlə qətnamələr qəbul etmədi!? Amma nəticə nə oldu!? Bütün cəhdlər iflasa uğradı, çünki Azərbaycan elə bir dönməz yol tutub ki, onun iradəsinə təsir etmək mümkün deyil. Bu, reallıqdır, hər şey isə göz qabağındadır. Biz deyirdik ki, Azərbaycan əleyhinə qəbul olunan sənədlər adi bir kağız parçasıdır. Elə də oldu. Bu gün Prezidentimiz tamamilə məhv edilmiş, dağıdılmış Şərqi Zəngəzuru və Qarabağı yenidən qurur, yeni şəhərlər, qəsəbələr, kəndlər tikir. Sakinlərin öz yurdlarında xoşbəxt və firavan yaşaması üçün hər cür müasir şəraiti yaradır. Ən əsası isə bütün bu işlər Azərbaycanın daxili imkanları hesabına həyata keçirilir. Baxın, budur qüdrətli dövlət, güclü iqtisadiyyat. Artıq keçmiş məcburi köçkünlərin də bir qismi öz yurdlarına dönüb. Onların üzündəki sevinc, fərəh hissi hər birimizi qürurlandırır. Və biz həm də şahid oluruq ki, Vətən anlayışı azərbaycanlılar üçün nə deməkdir”.

“Dövlətimizin başçısının həmin ərazilərə hər səfəri böyük müjdələrlə yadda qalır. Cənab İlham Əliyev hər dəfə yeni qəsəbələrin, kəndlərin təməlini qoyur, yaşayış komplekslərinin, obyektlərin açılışını edir. Onun mayın 10-da - Ulu Öndərin doğum günündə azad edilən ərazilərimizə getməsi də heç də təsadüfü deyil. Bu, Ümummilli Liderin əziz xatirəsinə dərin ehtiramın göstəricisidir. Səfər zamanı daha qürurverici məqamlardan biri də Prezidentimizin Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak etməsi və şəhərə köçmüş ilk sakinlərlə görüşü oldu. Şuşa bizim qeyrət qalamızdır, qəhrəmanlıq salnaməmizdir, Vətənə olan sevgimizi dünyaya bəyan edən ən ali dəyərdir. İşğal dövründən, Şuşanın azad edilməsindən tutmuş bugünkü halına qədər xalqımız bunu sübut edib. Şəhidlərimizin qanı ilə daha da müqəddəsləşən, hazırda dirçəliş dövrünü yaşayan əziz Şuşamız artıq sakinlərinə qucaq açıb. Təbii ki, bu mənzərə hər birimizi qürurlandırır. Biz nə qədər sevincliyiksə, Pənahəli xanın, Natəvanın, Vaqifin, Üzeyirin, Bülbülün, həmçinin bütün şəhidlərimizin ruhu da bir o qədər də şaddır”, - Səttar Möhbalıyev qeyd edib.

“Şuşada aparılan quruculuq işlərinin möhtəşəmliyi həm də ondadır ki, şəhərin memarlıq üslubu, özünəməxsusluğu qorunub saxlanır. Tikintilər müasir şəhərsalma qaydalarına əsaslanır, yaşayış evləri daha gözəl və rahatdır. Şuşada, eyni zamanda digər işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işlərində Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın əməyini xüsusilə xatırlatmaq istərdim. Fond tarixi-mədəni irsin bərpasında, sosial-humanitar infrastrukturun yaradılmasında, quruculuq və abadlıq işlərində böyük fədakarlıq göstərir. Mehriban xanım Əliyevanın göstərişi ilə başlanılan xüsusi layihələrin icrasına yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olunublar. Artıq Fond tərəfindən  Şuşada Yuxarı Gövhər Ağa, Saatlı məscidləri, eləcə də Mehmandarovların malikanə kompleksi ərazisindəki məscid bərpa edilib və ötən ildən istifadədədir. Mayın 10-da isə Mamayı məscidinin bərpadan sonra açılışı baş tutdu. Bütün bunlar, ilk növbədə, Mehriban xanım Əliyevanın vətənpərvərliyinin və tariximizə, mədəniyyətimizə, incəsənətimizə olan böyük məhəbətinin təcəssümüdür”, - AHİK sədri vurğulayıb.




Baxış sayı: 85
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Bu gün, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Bu gün, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Bu gün, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031