FACT-INFO.AZ » QHT » "Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası" mövzusunda VII beynəlxalq konfrans keçirilib
10-05-2024, 14:00 | QHT
"Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası" mövzusunda VII beynəlxalq konfrans keçirilib

Aprelin 7-də Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən "Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası" mövzusunda VII beynəlxalq elmi konfrans keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla bildirib ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən konfransa maraq böyükdür. Müxtəlif xarici dövlətlərdən elm və təhsil nümayəndələri, alimlər, ziyalılar konfransa böyük diqqət və maraq göstərirlər: "Bu gün biz Ulu öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik. O, dahi bir lider kimi, müdrik bir siyasətçi kimi, xalqını, torpağını bütün varlığı ilə sevən, qoruyan bir şəxsiyyət kimi qəlbimizdə əbədi yaşayır və yaşayacaqdır. Bu gün Azərbaycan gəncliyi qalib bir xalqın nümayəndələri kimi daha məsuliyyətli, daha inamlı və daha bacarıqlı olmalıdır. Bu məsuliyyəti, bu inamı və bu bacarığı hər birimiz öz işimizdə son dərəcə ləyaqətlə yerinə yetirməli, Azərbaycanın gələcək inkişafına öz töhfəmizi verməliyik".

Akademik Kamal Abdullanın dediyinə görə,  müasir dövrdə Heydər Əliyev idealları etibarlı, münbit zəmində inkişaf etdirilir. Bunun müəllifi onun siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti, qalib Ali Baş Komandan İlham Əliyevdir. Ulu öndərin ideyalarını və irsini mükəmməl mənimsəyən, onların həyata keçirilməsində yeni-yeni uğurlar qazanan İlham Əliyev çağdaş zamanımızda multikultural dəyərlərin himayəçisi kimi çıxış edir. Azsaylı xalqların, dini konfessiyaların hüquqlarının qorunmasında, mədəni müxtəlifliyin saxlanılmasında, Azərbaycanın multikultural həqiqətlərinin qlobal miqyasda təqdimində Prezident İlham Əliyevin cahanşümül fəaliyyəti göz önündədir.

Ulu öndərin fasiləsiz titanik fəaliyyəti getdikcə daha çox bəhrə verir, Azərbaycanın inkişaf və tərəqqisinə əvəzsiz xidmətlərini göstərir. Onun ideya və fikirləri bu gün də yolgöstərəndir, respublikanın yüksəliş və inkişafı yolunda sönməz bir mayakdır. 

Türkiyənin Ege Universitetinin professoru Fikrət Türkmən konfransla bağlı fikirlərini bölüşüb. O qeyd edib ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı keçirilən konfrans öz əhəmiyyəti ilə seçilir. Dünyanın bir sıra ölkələrindən olan alimlər, tələbələr bu konfransda iştirak etmək üçün ciddi şəkildə hazırlaşıblar.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü və QMİ sədrinin müavini hacı Fuad Nurullayev deyib ki, Ulu öndər Azərbaycan tarixinə öz adını qızıl hərflərlə yazdıran dahi bir lider olmaqla yanaşı, həm də xalqının ağır günündə onu xilas edən müdrik bir rəhbər kimi yaddaşlarda yaşayır və yaşayacaq: "Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində o qədər böyük yeniliklərə, o qədər böyük işlərə imza atıb ki, yuxarıda sadaladığımız titulların heç biri Onun titanik fəaliyyətini tam əhatə etmir. Biz bu gün Azərbaycan tarixində Heydər Əliyev erasını yaratmış Ulu öndər haqqında danışarkən, adətən, Onu bir Ümummilli lider kimi səciyyələndiririk. Əlbəttə, bu, mübahisəsiz olaraq belədir. Amma bu zaman bizə elə gəlir ki, Heydər Əliyevin fəaliyyətini bir qədər məhdudlaşdırmış oluruq. Onun fəaliyyətinə bir qədər sırf milli kontekstdə yanaşmış oluruq. Lakin Heydər Əliyev şəxsiyyəti və onun fəaliyyəti təkcə Azərbaycanın etnosiyasi coğrafiyası ilə bağlı deyil və Ulu öndərin bir siyasətçi kimi fəaliyyəti də Azərbaycanın etnosiyasi coğrafiyası ilə məhdudlaşmır. O, istər sovet xalqları müstəvisində və istərsə də Şərqi Avropadan tutmuş, hətta, Afrika ölkələrinə qədər olan xalqların tarixində rol oynamış, onların yaxından tanıdığı və onların həyatına təsir edəcək proseslərə imza atmış bir şəxsiyyətdir".

Pakistanın Milli Müasir Dillər Universitetinin rektoru, general Mahmud Kyani konfransın müəllim və tələbələr üçün önəmini xüsusi olaraq vurğulayıb. O qeyd edib ki, Pakistan hər zaman qardaş Azərbaycanın yanında olub və bundan sonra da Azərbaycanın yanında olacaqdır. Bu dostluq və qardaşlıq münasibətləri özünü həm də elmi, mədəni müstəvidə göstərməkdədir.

Sonra çıxış edən qonaqlar - Belqrad Universitetinin Şərqşünaslıq kafedrasının müdiri Kseniya Aykurt, Aleksandr İoan Kuza adına Yasse Universitetinin professoru Lyudmila Bejenaru, Ural Federal Universitetinin professoru Aleksandr Nesterov, Mərakeş Universitetinin professoru Adil El Madhi, Auqsburq Universitetinin professoru Klaus Vulf, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Buxara Dövlət Universitetinin prorektoru Abror Jurayev, Braziliyanın Paraibe Federal Universitetinin professoru Ana Berenise Peres Martorelli konfransın beynəlxalq əhəmiyyətindən söz açıblar və gələcək elmi, mədəni istiqamətləri haqqında fikirlərini bölüşüblər.

Konfrans bölmə iclasları ilə davam edib.

Qeyd edək ki, Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan beynəlxalq konfrans ADU-da ənənə şəklini alıb və beynəlxalq müstəvidə böyük diqqət və marağa səbəb olub.

Konfransın bağlanış mərasimində çıxış edən rektor Kamal Abdulla iştirakçılara bir daha öz təşəkkürünü bildirib. Yerli və xarici nümayəndələrə konfransa verdikləri töhfəyə görə minnətdarlıq ifadə olunub. Rektor bölmə iclaslarının öz işini uğurla həyata keçirdiyini vurğulayıb. Bölmə iclaslarında tezislərlə çıxış edən yerli və xarici məruzəçilərin təqdim etdiyi mövzuların keyfiyyəti və aktuallığı xüsusi olaraq vurğulanıb. Qeyd olunub ki, konfrans növbəti ildə yenidən keçiriləcək. Rektor çıxışında konfransın iştirakçı tərkibini növbəti ildə də bir arada görmək və yeni uğurların əldə olunacağına olan inamını ifadə edib.

Daha sonra bölmə iclasları haqqında məlumat verilib. Hər bir bölmə üzrə ayrıca məlumat verildikdən sonra konfrans iştirakçılarına və təşkilatçılara təşəkkürünü bildirən Ege Universitetinin professoru Fikrət Türkmən konfransın uğurla başa çatdığını və bu işin yüksək peşəkarlıqla həyata keçirildiyini söyləyib. Qeyd olunub ki, Azərbaycan Dillər Universitetinin rəhbərliyi və kollektivi beynəlxalq əhəmiyyətli konfransların yüksək səviyyədə keçirilməsi istiqamətində kifayət qədər təcrübəyə və bacarığa sahibdir. Bu da digər universitetlər üçün, təşkilatçılar üçün əlavə imkanlar deməkdir. Bildirilib ki, bu imkanların faydalılığı və zəruriliyi hər zaman xatırlanacaq.

Konfransın bağlanış mərasimindən sonra iştirakçılar "Yaşıl dünya naminə həmrəylik ili" münasibətilə ADU-nun həyətində ağacəkmə aksiyasında iştirak ediblər.




Baxış sayı: 130
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Bu gün, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Bu gün, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Bu gün, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031