FACT-INFO.AZ » QHT » Azərbaycan Milli QHT Forumunun rəhbərliyində dəyişikliklər olacaq
6-05-2024, 11:00 | QHT
Azərbaycan Milli QHT Forumunun rəhbərliyində dəyişikliklər olacaq

Azərbaycan Milli QHT Forumunun rəhbərliyində dəyişikliklər olacaq

Yaxın günlərdə Azərbaycan Milli QHT Forumunun qurultayı keçiriləcək.

Fact-info.az xəbər verir ki, bu barədə APA-ya AMQF-nun prezidenti Rauf Zeyni məlumat verib.

O, bildirib ki, qurultayda nizamnaməyə dəyişikliklər ediləcək və “Azərbaycan Milli QHT Forumunun prezidenti” postu ləğv olunacaq. Foruma rəhbərliyi yeni formalaşdırılacaq İdarə Heyətinin sədri edəcək. Forumun 5 nəfərdən ibarət İdarə Heyəti olacaq. Rauf Zeyni Forumun İdarə Heyəti sədrliyinə namizədliyini irəli sürməyəcəyini qeyd edib.

O, əlavə edib ki, AMQF-də islahatlar planı çoxdan var idi və sevindirici haldır ki, prosesə artıq başlanılır. Rauf Zeyni bildirib ki, Azərbaycanda QHT-lərlə əlaqədar dövlət siyasəti uğurla aparılır, qonşu ölkələrdə baş verən hadisələr bir daha Azərbaycanda vaxtilə bu proseslərdə uzaqgörən, müdrik yanaşmaların nümayiş etdirildiyini və təkmil hüquqi tənzimlənmələrin aparıldığını sübut edir.

O, Azərbaycanda sağlam vətəndaş cəmiyyətinin mühüm tərkib hissəsi kimi son dövrlər QHT-lərin daha münbit şəraitdə fəaliyyəti üçün dövlət tərəfindən xeyli işlərin görüldüyünü, QHT nümayəndələrin COP29 Təşkilat Komitəsi kimi nüfuzlu heyətlərdə təmsil olunduğunu, ümumilikdə, QHT sektorunda islahatların genişləndirildiyini vurğulayıb və bu müsbət prosesi alqışladığını qeyd edib. Rauf Zeyni onu da əlavə edib ki, şəffaflıq, hesabatlılıq, ölçüləbilən nəticələr, effektiv menecment islahatların özəyini təşkil edir və yeni inkişaf mərhələsində bunlar əsas çağırışlar olaraq qalacaq.




Baxış sayı: 175
Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir 5-09-2026, 12:00 Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək 5-09-2026, 11:30 Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib 5-09-2026, 11:30 Qazaxıstanlı ekspert: Azərbaycan Avrasiyanın nəqliyyat-enerji qovşağına çevrilir 4-09-2026, 20:30 Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib 4-09-2026, 20:00 Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib 4-09-2026, 18:30 Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək 4-09-2026, 18:00 Azerbaijan’s mine problem raised in Prague 4-09-2026, 17:30 Görkəmli alim, tanınmış elm və təhsil təşkilatçısı 4-09-2026, 15:30 ABŞ və Almaniya Ukrayna üçün 5000 kamikadze dronunun istehsalına başlayıb 4-09-2026, 09:30 "Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır" - Sahibə Qafarova 4-09-2026, 08:30 Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib 4-09-2026, 08:30 Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT 3-09-2026, 20:00 Tibb işçilərinin əməkhaqlarının artırılması dövlətin sosial siyasətinin növbəti mühüm addımıdır 3-09-2026, 19:30 Bakı Astana ilə Qazaxıstanın enerji resurslarının Azərbaycandan tranzitini müzakirə edib 3-09-2026, 16:30 Ukraynanın xarici işlər naziri müharibənin başa çatdırılması imkanlarından danışıb 3-09-2026, 16:00 Azərbaycanın “orta güc dövləti” kimi yüksəlişi 3-09-2026, 15:30 Xarici media Prezident İlham Əliyevin Beynəlxalq konfransın iştirakçılarına müraciətindəki fikirlərinə geniş yer ayırıb 3-09-2026, 15:00 Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir 3-09-2026, 14:30 “Ölümcül Miras” sənədli filminin təqdimatı olub 3-09-2026, 09:30 Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı keçirilib 3-09-2026, 09:30 G20: Süni intellekt beynəlxalq ticarətdə maneələrin aradan qaldırılmasına kömək edə bilər 3-09-2026, 08:00 Kiberpolis süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxsləri aşkarlayıb 2-09-2026, 21:00 Tibb sahəsində mühüm islahat 2-09-2026, 21:00 Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib 2-09-2026, 18:30 “Müstəqillik Bəyannaməsi – 35” adlı tədbir keçirilib 2-09-2026, 18:30 “Qərbi Azərbaycana həsr olunan verilişdə zəruri məqamlar müzakirə olunub” 2-09-2026, 18:00 ANAMA humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir 2-09-2026, 10:00 Leyla Abdullayeva Paris meriyasının ittihamlarına cavab verib 2-09-2026, 10:00 Goranboydakı yanğınla bağlı Fövqəladə Hallar, Müdafiə və Daxili İşlər nazirlikləri birgə məlumat yayıb 2-09-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930