Biz burada minaların zərərsizləşdirilməsi prosesindən çox təsirləndik. Ərazilərin minalardan təmizlənməsi üçün müxtəlif üsullardan və avadanlıqlardan istifadə olunur. Biz burada tank əleyhinə minaların zərərsizləşdirilməsi prosesini izlədik.
Bu sözləri jurnalistlərə açıqlamasında Cəbrayıl rayonunda səfərdə olan Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun üzvü Ula Yorgen Vastveit deyib.
“Bizə bu minaların necə basdırıldığı, Ermənistan ordusunun minaları basdırıb buradan çıxmaqları barədə məlumat verildi. Bu, həqiqətən də çox pis hərəkətdir. Dəqiq mina xəritələri təqdim olunmalıdır ki, Azərbaycan tərəfi minaların harada basdırıldığını bilsin. Bu addım çox sayda insanın həyatını xilas etmiş olar və minalardan təmizlənmə prosesi də sürətlənər”, – deyə səyyah bildirib.
Baxış sayı: 75
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
