FACT-INFO.AZ » QHT » Vyanada Luis Okamponun tədbiri iflasa uğrayıb
1-05-2024, 09:00 | QHT
Vyanada Luis Okamponun tədbiri iflasa uğrayıb

Vyanada erməni lobbistlərinin təşkilatçılığı ilə Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Okamponun təqdimatı təşkil edilib.

Fact-info.az APA-ya istinadən xəbər verir ki, Vyana Diplomatik Akademiyasında təşkil edilən və iştirakçıların əksəriyyəti Ermənistan səfirliyinin əməkdaşları və erməni icmasından ibarət olan tədbir tam iflasla nəticələnib.

Tədbirin mövzusu Azərbaycanın Qarabağ bölgəsindən köç edən ermənilərin hüquqi məsələlərinə həsr olunsa da tədbir heç bir hüquqi əsas və ya dəlillər gətirilmədən anti-Azərbaycan təbliğatına çevrilib, bölgədə gedən sülh və nomallaşma səylərinə toxunulmayıb, əksinə son inkişafların ciddi narahatlıq doğurduğu kimi mesajlar səsləndirilib.

Həmçinin aparıcı Avropa ölkələri ilə münasibətlərdə Azərbaycanın nüfuzunun artması və COP29 tədbirinə ev sahibliyi etməsindən narahatlıqlar ifadə olunaraq Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırışlar edilib.

Bu da erməni millətçiləri və radikal icma üzvləinin bölgədə gedən proseslərdən nə qədər uzaq olduğunu və Ermənistanın sülhə nail olmasını arzulamadıqlarını göstərir.

L.Okampo ötən il yazdığı hesabatında olduğu kimi Azərbaycana qarşı yersiz və hüquqi arqumenti olmayan ittihamları təkrar edib. O, guya Azərbaycanın ermənilərə qarşı soyqırımı törətmək niyyətində olması ilə bağlı səsləndirdiyi fikirlərinə görə tədbirin Avstriyalı moderatoru tərəfindən verilən suallar qaşrısında aciz vəziyyətdə qalıb. Belə ki, moderator hüquqi anlayışa görə soyqırımı cinayətinin 2 elementinin, soyqırımı törətmək niyyəti və etnik qrupun fiziki olaraq məhvinin tələb olunduğunu və bunların Qarabağ ermənilərinə münasibətdə mövcud olmadığına dəlalət edən suallar verib. Həmçinin L.Okampo moderatorun əgər soyqırımı mövcuddursa niyə Ermənistan buna görə Beynəlxalq Ədalət Məhkəməsində iş qaldırmır sualına cavab verə bilməyib.

L.Okampo tədbirdə iştirak edən azərbaycanlıların sual və iradları qarşısında da çətin duruma düşüb. Belə ki, ona ötən il Qarabağ bölgəsində baş verən hadisələrlə bağlı qərəzli və selektiv yanaşma göstərdiyi, Azərbaycana qarşı itithamların əsassız olduğu, Azərbaycanın reinteqrasiya səylərinə, Ağdam yolu ilə erməni sakinlərinə təchizatların daşınmasına imkan yaratmağa hazır olmasına, renteqrasiya portalı yaratmasına, Laçın yolundan sui-istifadə edildiyinə, 30 il ərzində Ermənistanın işğal siyasəti və əsl etnik təmizləmənin Ermənistan tərəfindən aparıldığına, məcburi köçürülməyə məruz qalmış azərbaycanlıların Ermənistana qayıdışına şərait yaratmadığına, Azərbaycanın və digər ölkə rəsmilərinin bəyanatlarını təhrif etdiyinə dair suallar verilib, nəticədə L.Okampo Qarabağın Azərbaycan ərazisi olduğunu, Ermənistanın uzun müddət işğal siyasəti apardığı və Azərbaycanlıların öz yurdlarına qayıdış hüququnun olduğunu qəbul etməli olub.




Baxış sayı: 80
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Bu gün, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Bu gün, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Bu gün, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031