Belçikada yeni təsis olunmuş “FireLand” Azərbaycanlılar Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Belçikadakı səfirliyinin dəstəyi ilə aprelin 28-də Brüssel şəhərində 28 May – Müstəqillik Gününə həsr olunmuş şahmat turniri keçirilib.
Fact-info.az xəbər verir ki, tədbirdə sözügedən birliyin sədri İlahə Tağıyeva qonaqlara birlik və təşkil etdikləri şahmat dərsləri barədə məlumat verib, həm başlanğıc, həm də orta səviyyəli qruplarda dərsləri Belçikada təhsil alan həmyerlimiz Elmir Qırxıyevin apardığını bildirib.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Belçikadakı səfiri Vaqif Sadıqov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, bu kimi tədbirlərin soydaşlarımızın bir araya toplanması, onlar arasındakı əlaqələrin daha da genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Tədbirə Belçika, Fransa və Hollandiyadan 25 uşaq, həmçinin valideynlər qatılılıblar.
Uşaqlar arasında yarış 3 fərqli səviyyə üzrə qruplarda aparılıb. Bütün iştirakçılara sertifikat və medallar, qaliblərə isə hədiyyələr təqdim olunub.
Baxış sayı: 155
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
