Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu (TİHEK) və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində təcrübə mübadiləsinin səmərəli təşkili istiqamətində fəaliyyət davam etdirilir.
Ombudsman Aparatının Mətbuat xidmətindən Fact-info.az-a bildirilib ki, Milli Preventiv Mexanizm (MPM) fəaliyyətinə dair əldə edilmiş təcrübələrin mübadiləsi, əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə ombudsman Səbinə Əliyevanın dəvəti əsasında TİHEK-in sədri Muharrem Kılıçın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Səfər müddətində Azərbaycan ombudsmanının MPM fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupunun (MPQ) üzvləri ilə birlikdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Kompleksinə baxış təşkil edilib. TİHEK nümayəndə heyəti yeni istifadəyə verilən müəssisənin bütün korpuslarına baxış keçirib, burada yaradılan ümumi şəraitlə, saxlanılan şəxslərin, o cümlədən ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslərin hüquqlarının müdafiəsi vəziyyəti ilə yaxından tanış olub.
Baxış sayı: 185
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
