Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Fərrux Hüseynov 29 aprel 1995-ci ildə Kürdəmirin Şilyan kəndində anadan olub.
Fact-info.az xəbər verir ki, 2012-2016-cı illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Xocavənd və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 9 noyabr tarixində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Fərrux Hüseynov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Baxış sayı: 200
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
