Ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Hərbi Hava Qüvvələrinin Hərbi Akademiyasının rəhbər heyəti və bir qrup dinləyicisi Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetini ziyarət ediblər.
Müdafiə Nazirliyindən Fact-info.az-a verilən xəbərə görə, qonaqlara 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan islahatlar, tətbiq olunan texnoloji yeniliklərdən danışılıb.
Pakistan nümayəndə heyətinə Milli Müdafiə Universitetinin yaranma tarixi, təhsil sistemi və tədris prosesi, eləcə də elmi fəaliyyəti haqqında brifinq təqdim olunduqdan sonra onları maraqlandıran suallar cavablandırılıb.
Görüşdə hərbi təhsil ilə bağlı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.
Baxış sayı: 100
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
