FACT-INFO.AZ » QHT » Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
27-04-2024, 07:30 | QHT
Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun Ağdam rayonuna səfəri baş tutub. Səfərdə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Fact-info.az xəbər verir ki, İşçi qrup üzvləri Ağdam rayonunda minatəmizləmə əməliyyatlarına cəlb olunan Fövqəladə Hallar Nazirliyinin, qadınlardan ibarət minatəmizləmə qruplarının və yerli minatəmizləmə şirkətinin fəaliyyəti ilə tanış olublar. İşçi qrup üzvləri icra edilən layihələrin gedişatını, o cümlədən aşkar olunan mina və partlamamış hərbi sursatların partlayış yolu ilə zərərsizləşdirilməsi prosesini müşahidə ediblər.

Səfər çərçivəsində Ağdam rayonunda İşçi qrupun növbəti iclası keçirilib.

Agentliyin İdarə Heyətinin sədri, İşçi qrupun rəhbəri Vüqar Süleymanov iclasda açılış nitqi ilə çıxış edərək hökumət tərəfindən təsdiq edilmiş illik tədbirlər planına əsasən icra edilən humanitar minatəmizləmə əməliyyatlarının gedişatı barədə məlumat verib. O bildirib ki, əsasən yaşayış məntəqələrinin bərpası, nəqliyyat, energetika infrastrukturları, eləcə də kənd təsərrüfatı sahələri və digər prioritet istiqamətlərdə aparılan minatəmizləmə əməliyyatları nəticəsində 133,373 hektar ərazi təmizlənib, 118 835 ədəd mina və müharibənin digər partlayıcı qalıqları aşkar edilərək zərərsizləşdirilib.

İclasda, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyinə cəlb olunmuş qurumlar tərəfindən icra edilən fəaliyyət üzrə hesabatlar dinlənilib, cari məsələlər müzakirə olunub, habelə mina təhlükəsi ilə mübarizə istiqamətində maarifləndirmə məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Cari və növbəti illərdə işğaldan azad edilmiş ərazilərə daha çox sayda keçmiş məcburi köçkünlərin geri qayıdışını nəzərə alaraq maarifləndirmə işlərinin və müvafiq qurumlarla bu istiqamətdə birgə fəaliyyətin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən işçi qrupun iclaslarının ərazilərdə keçirilməsi Böyük Qayıdış proqramının əsas prioritetlərindən biri olan minatəmizləmə prosesinin dinamikliyi və bu prosesə cəlb olunan qurumların icra etdiyi minatəmizləmə əməliyyatları ilə yerlərdə yaxından tanış olmaq imkanı verir.




Baxış sayı: 85
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Bu gün, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Bu gün, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Bu gün, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031