FACT-INFO.AZ » QHT » Azərbaycan bölgəmiz üçün əsl sülh mühiti yarada bilib - Azər Qarayev
24-04-2024, 17:00 | QHT
Azərbaycan bölgəmiz üçün əsl sülh mühiti yarada bilib - Azər Qarayev

ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxış edən Prezident İlham Əliyev bir sıra vacib məsələlərə toxundu.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

A.Qarayev bildirib ki, bu gün Azərbaycan regional gücdən qlobal gücə çevrilməkdədir.

"Azərbaycan Prezidentinin dünyada artan nüfuzu sayəsində ölkəmiz regionun qabaqcıl ölkəsi olmaqla yanaşı, dünyada qlobal problemlərin həllinə töhfə verən ölkəyə çevrilib. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, Azərbaycan prezidentinə olan yüksək etimad bunu deməyə əsas verir".

Politoloq əlavə edib ki, artıq region üçün yeni perspektivlər formalaşıb:

"Dövlət başçısı növbəti dəfə beynəlxalq ictimaiyyətə regiondakı ən son vəziyyət və gözləntilər barədə dolğun məlumat verdi. Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək, ərazi bütövlüyünü və suverenliyini təmin etdi, sonra bəzi Qərb dairələrinin və beynəlxalq təşkilatların ölkəmizə təzyiqləri, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və sülh prosesi, Azərbaycanın işğal edilmiş 4 kəndinin geri qaytarılması regionda sülh üçün yeni reallıqlar yaratdı.

Azərbaycanın təşviq etdiyi sülh gündəliyi bugünlərdə aktiv fazaya daxil olub. Azərbaycan regiona kənar qüvvələrin dağıdıcı təsirlərinin qarşısını almaqla, bölgəmiz üçün əsl sülh mühiti yarada bilib".

A.Qarayev vurğulayıb ki, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olması istiqamətində atılan addımlar davamlı xarakter daşıyır.

"Azərbaycan dövləti üçüncü oyunçuların regionda sabitliyi pozmasına imkan vermir və verməyəcək. Bu gün, təəssüf ki, biz bəzi dairələr tərəfindən Azərbaycana qarşı qərəzli mövqeyin şahidi oluruq. Çünki onlar regionda müstəqil siyasət yürüdən, sülh təşəbbüskarı bir dövlətin mövcudluğunu həzm edə bilmirlər. Lakin keçən zaman kəsiyi onu göstərdi ki, Azərbaycanla heç kim təzyiq dilində danışa bilməz və bu metod heç bir nəticə vermir.

Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu gün bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibə aparırlar. Azərbaycan dövləti isə bütün lazımi cavab tədbirlərini görür".

A.Qarayev bildirib ki, Azərbaycan dövləti üçün vətəndaşlarının təhlükəsizliyi ən basilica amillərdən biridir.

"Dövlətimiz tərəfindən də bu istiqamətdə bütün işlər yüksək peşəkarlıqla görülür. Azərbaycan üzərindən ikili oyunlar oynamaq istəyənlərin bütün planları da kağız üzərində qalmağa məhkumdur".




Baxış sayı: 95
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Dünən, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Dünən, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Dünən, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir 16-10-2026, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031