FACT-INFO.AZ » QHT » Səttar Möhbalıyev: “BAM-in ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri olub”
23-04-2024, 17:30 | QHT
Səttar Möhbalıyev: “BAM-in ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri olub”

"Regional və beynəlxalq təşəbbüsləri, qlobal sülh və təhlükəsizliyə verdiyi misilsiz töhfələr, müəllifi olduğu reallıqların bölgəyə gətirdiyi yeni inkişaf meylləri dövlətimizin başçısı cənab İlham Əliyevi dünyada əsas aparıcı liderlərdən birinə, ölkəmizi isə böyük söz sahibinə çevirib. Onun hər bir addımı, qəbul etdiyi qərarları, dəyərli fikirləri təkcə Azərbaycan dövləti və xalqı üçün deyil, ümumilikdə beynəlxalq aləm üçün də önəmlidir. Serbiya Prezidenti Aleksandar Vuçiçin "İlham Əliyev Avropada çox məşhurlaşıb. Bilmirəm o nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim", Şimali Makedoniya Prezidenti Stevo Pendarovskinin "İlham Əliyev Avropada ən çox arzuolunan şəxsdir", eləcə də Macarıstanın XİN başçısının Peter Siyartonun "Bu gün Qərb liderləri Azərbaycan Prezidenti ilə şəkil çəkdirmək üçün Bakıya can atırlar" kimi fikirləri bir daha Prezidentimizin beynəlxalq nüfuzundan xəbər verən məqamlardır".

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

"Heç də təsadüfü deyil ki, Azərbaycanın üzv olduğu, ya olmadığı istənilən regional və beynəlxalq xarakterli görüşlərə cənab İlham Əliyev dəvət olunur və qiymətli fikirləri alınır. Hətta görürük ki, Prezidentimiz dost dövlətlərin təşkil etdiyi daxili tədbirlərdə belə ali qonaq qismində iştirak edir. Təbii ki, bütün bunlar bilavasitə dövlətimizin başçısının şəxsi nüfuzu ilə əlaqədardır. Prezident İlham Əliyevin iştirak etdiyi növbəti belə tədbir aprelin 22-də Moskvada Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə təşkil olunan görüş oldu. Bildiyimiz kimi, BAM indiyə qədər dünya miqyasında həyata keçirilən ən nəhəng nəqliyyat layihələrindən biridir. Və bu layihənin ərsəyə gəlməsində azərbaycanlıların dərin zəhməti və fədakar əməyi danılmazdır. Bunun bariz nümunəsi BAM-in üzərində salınan iki qəsəbədir. Belə ki, Ulkan və Anqoy qəsəbələrini məhz azərbaycanlılardan ibarət briqadalar inşa edib və özü də nəzərdə tutulan vaxtdan iki ay tez işi təhvil veriblər", - AHİK sədri qeyd edib.

Onun sözlərinə görə, həmin nəhəng magistraldan danışarkən ilk növbədə yada Vətənimizin böyük oğlu, qurucu, ayaq qoyduğu hər bir yerə inkişaf, tərəqqi gətirmiş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev düşür: "Rusiya Prezidenti Vladimir Putin başda olmaqla dəmir yolu sahəsinin veteranlarının Ulu Öndərimizi yad etməsi, onunla bağlı xoş xatirələrini paylaşması hər birimizi qürurlandırdı. Bu bir tarixdir ki, Azərbaycan adlı dövləti yenidən quran, onu böyük və dönməz inkişaf yoluna istiqamətləndirən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən də öz bənzərsiz fəaliyyəti ilə dərin iz qoyub. O, BAM-in tikintisini sürətləndirmək, aparılan işin keyfiyyətini artırmaq məqsədilə 1984-cü ilin iyununda tikinti regionuna gedib. Ulu Öndər orada əməkçilərlə görüşür, tikinti obyektlərinə baxış keçirir, tikilən yeni qəsəbələr və şəhərlərlə tanış olur. SSRİ-nin rəhbər vəzifəli şəxsinin sadə əməkçilərlə görüşməsi və söhbətləşməsi, qayğıları ilə maraqlanması onlara yeni impuls verir, işi başa çatdırmaq üçün daha səylə çalışmağa ruhlandırır. Tikintinin gedişi ilə bağlı onun Siyasi Bürodakı geniş nitqi, aparılan işi sürətləndirməklə bağlı təşəbbüslərindən sonra BAM-in tikintisində ciddi irəliləyişlər baş verdi. Əminliklə deyə bilərik ki, bilavasitə Heydər Əliyevin peşəkar fəaliyyəti nəticəsində 1984-cü ildə Baykal-Amur magistralı hesabına SSRİ-də dəmir yolu xətlərinin uzunluğu 300 min kilometrdən çox artmışdı. Qürurvericidir ki, 2008-ci ildə BAM-də yerləşən Anqoy stansiyası yenidən təmir edilərkən ona məhz Ulu Öndər Heydər Əliyevin adı verildi və bu, ən ədalətli qərar idi".




Baxış sayı: 180
Fon der Lyayen: Avropa Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak edəcək Bu gün, 10:30 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub Bu gün, 09:30 Prezidentin Mətbuat Xidmətinin məlumatı Bu gün, 08:00 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb Bu gün, 08:00 Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30