FACT-INFO.AZ » QHT » Agentlik UNESCO-nun Nizamnaməsinə uyğun olan vəzifələrini Azərbaycana münasibətdə yerinə yetirməsini tələb edir
23-04-2024, 10:00 | QHT
Agentlik UNESCO-nun Nizamnaməsinə uyğun olan vəzifələrini Azərbaycana münasibətdə yerinə yetirməsini tələb edir

Azərbaycan xalqına məxsus olan maddi və qeyri-maddi irs 30 illik işğal nəticəsində talan olunub, dağıdılıb və mənimsənilib. Biz bir neçə müddətdir ki, UNESCO-dan bunları araşdırmağı, erməni vandalizminin nəticələrini, Azərbaycan mədəni irsinin talan edilməsini qələmə almaq və bunun üçün bu ərazilərə səlahiyyətli missiya göndərməklə bağlı müraciət etmişik. Lakin buna hələ ki, reaksiya yoxdur.

Fact-info.az xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Agentliyin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qərbi Azərbaycan torpaqları nədən bəhs edir” mövzusunda konfransda söyləyib.

Kamran İmanov qeyd edib ki, 2024-cü ilin mart ayında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın UNESCO-nun Baş direktoru Odri Azule ilə Parisdəki görüşündə erməni mədəni-dini irsinin Qarabağda qorunub saxlanması məsələsi müzakirə predmeti olub. “Armenia Sputnik”in xəbər verdiyi kimi, “A.Mirzoyan həmişəki kimi, özünə xas üslubda məlumatında bəyan edib ki, Yuxarı Qarabağ torpaqlarında düşünülmüş şəkildə “erməni mədəni-tarixi irsin dağıdılmasına məruz qalmaqdadır, silinir və üstəlik, Azərbaycanda yaradılan xüsusi işçi qrupu nəzarətində olan ərazilərdə erməni irsinin özünəməxsusluğunun və etimologiyasının təftiş edilməsinə və mənimsənilməsinə yönəldilir”.

Agentliyin rəhbəri deyib: “Maraqlıdır ki, Azərbaycan mədəni irsinin dağılması, özü də 30 illik tarixinin, UNESCO-nun münasibətinin yumşaq desək, soyuqqanlıqla qəbul edilməsi halda, hay-ermənilərin bir-iki illik “yaratdığı problem” UNESCO-nun diqqət mərkəzindədir.

Xatırladım ki, UNESCO-nun ən vacib sənədlərinə əsasən, “mədəniyyət xalqların mədəni irslərində əksini tapmış mədəni müxtəliflik” deməkdir. Bir sözlə, UNESCO-nun ən vacib öhdəliklərindən biri xalqlara məxsus olan mədəni irsin, xristian, müsəlman, türk, Avropa mədəniyyətindən asılı olmayaraq, qorumaqdan ibarətdir. Bu cür yanaşmanın olmadığı və irs anlayışına ikili standart tətbiq edildiyi halda, bu beynəlxalq təşkilat Nizamnaməsinə aid funksiyaları tam yerinə yetirə bilməz və bununla vəzifələrini icra etməkdən qaçmış olur.

Odur ki, Əqli Mülkiyyət Agentliyi səlahiyyətlərinə və vəzifələrinə uyğun olaraq, UNESCO-nun Nizamnaməsinə uyğun olan vəzifələrini Azərbaycana münasibətdə də yerinə yetirməsini diqqət altında saxlamasını tələb edir”.




Baxış sayı: 75
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Dünən, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Dünən, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Dünən, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir 16-10-2026, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031