Fiziki təmas ağrı, narahatlıq və depressiyanı aradan qaldıra bilər. Fact-info.az xəbər verir ki, almaniyalı və hollandiyalı tədqiqatçılar bununla bağlı xüsusi araşdırma aparıblar.
Araşdırma nəticəsində alimlər fiziki təmasın təsirini anlamaq üçün 10 minə yaxın insanın iştirak etdiyi 200-dən çox araşdırmanı təhlil ediblər. Onlar müəyyənləşdiriblər ki, hətta “kiçik” və “zərif” toxunuşlar, yaş qrupundan asılı olmayaraq, onların müddəti və tezliyindən çox, ağrı, narahatlıq və depressiyaya müsbət təsir göstərir. Heyvanlarla, eləcə də insanlarla fiziki təmas psixi sağlamlıqda əsas rol oynayır.
Araşdırmada yeni doğulan körpələrlə valideynlərin təmasının vacibliyinə diqqət çəkilib, insanlar arasında fiziki təmasın sonrakı yaşlarda psixi sağlamlıq üçün vacib olaraq qaldığı qeyd edilib. Tədqiqatçılar, fiziki təmasın insanların həyatına daxil edilməsinin ümumi sağlamlığı yaxşılaşdırmaq üçün sadə və təsirli bir üsul ola biləcəyini sübuta yetiriblər.
Baxış sayı: 180
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
