Azərbaycanın AQEM-ə növbəti iki ildə sədrlik etməsi onun beynəlxalq nüfuza malik olmasından xəbər verir.
Fact-info.az xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) icraçı direktoru, Qazaxıstanın dövlət xadimi Kayrat Sarıbay bu ölkənin Bakıdakı səfirliyində keçirilən brifinqdə deyib.
“Azərbaycan beynəlxalq əməkdaşlığa inteqrasiya edir. Zənnimcə sədrlik Azərbaycana müsbət məqamlar qazandıracaq. Çünki əsas strateji yollar Azərbaycandan keçəcək. Bu isə yeni işlərin meydana çıxması, iqtisadi inkişaf, təhlükəsizlik deməkdir. Bu, həm də regiona və dünya ölkələrinə humanitar töhfə verməkdir", - deyə Kayrat Sarıbay əlavə edib.
Təşkilatın icraçı direktoru vurğulayıb ki, Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyi quruma daxil ölkələrin xarici işlər nazirlərinin görüşündən sonra reallaşacaq.
Baxış sayı: 75
Azerbaijan’s mine problem raised in Prague
Azerbaijan's Foreign Ministry calls on Russia to thoroughly investigate provocative incident in front of its Embassy
French media highlights President Ilham Aliyev’s visit to Uzbekistan
Washington hosts event on “Cholpon-Ata Summit and Next Steps for Trans-Caspian Cooperation”
President Ilham Aliyev was interviewed by Azerbaijan Television in Nakhchivan
