FACT-INFO.AZ » SİYASƏT » Ermənistanın hərbi sənayesi elə vəziyyətdədir ki, kustar üsulla hazırlanan partlayıcılardan istifadə edirlər
16-01-2017, 09:25 | SİYASƏT
Ermənistanın hərbi sənayesi elə vəziyyətdədir ki, kustar üsulla hazırlanan partlayıcılardan istifadə edirlər

Onlardan biri ötən il dekabrın 29-da baş verdi. Lakin bu təxribatın qarşısı alındı. Həmin təxribatın qarşısının alınması zamanı Azərbaycanın bir əsgəri şəhid oldu. Bu təxribatdan sonra Tovuz istiqamətində şəhid olan əsgərimizin cəsədi naməlum səbəblərdən Ermənistan tərəfdədir və ermənilər hələ də onu qaytarmayıblar.

Bu fikirləri ehtiyatda olan polkovnik Şair Ramaldanov Ermənistan silahlı bölmələrinin dövlət sərhədinin Tovuz rayonu sahəsində, qoşunların qarşıdurma xəttinə yaxın ərazidə törətdiyi növbəti təxribatla bağlı AZƏRTAC-a açıqlamasında bildirib.

Ehtiyatda olan polkovnik bildirib ki, ermənilər indi də həmin istiqamətdə pilotsuz uçuş aparatı vasitəsilə kustar üsulla hazırlanan partlayıcı qurğu atıblar. Həmin qurğunun daxilinə partlayış zamanı insanın sağlamlığına xələl gətirə bilən, yaxud da ki insanı öldürə bilən çoxlu sayda metal qəlpələr, partladıcı maddə doldurub və elektrik detonatoru yerləşdiriblər. Bu təxribat onu göstərir ki, ermənilər Azərbaycan xalqına qarşı beynəlxalq normalara və insanlığa sığmayan fəaliyyət nümayiş etdirirlər. Onların bu çirkin əməlləri və niyyətləri alınmayacaq. Bu, Azərbaycan tərəfini adekvat addımlar atmağa vadar edir.

Ş.Ramaldanov deyib: “Bu, onu göstərir ki, Ermənistanın hərbi sənayesi o qədər geridə qalmış vəziyyətdədir ki, onlar ancaq belə sadə, qadağan olunmuş və kustar üsulla hazırlanmış partlayıcı qurğulardan istifadə etməyə məcbur qalıblar. Bununla da ermənilər özlərini gülünc vəziyyətə salırlar. Digər tərəfdən, həmin partlayıcı qurğu daha çox mülki əhaliyə, uşaqlara zərər vura bilər. Bir neçə il bundan əvvəl Tovuz istiqamətində ermənilərin təxribatı nəticəsində buna bənzər üsulla hazırlanmış kukla partlamışdı və nəticədə azyaşlı uşaq həlak olmuşdu. Nə qədər ki, Ermənistan analarının öz övladlarına olan məhəbbəti Azərbaycana nifrətindən az olacaq, bu qeyri-insani vəziyyət o vaxtadək davam edəcək. Çünki bu dövlət sərhədidir, əvvəllər mülki əhalinin də zərər gördüyü Tovuz rayonudur. Ermənilər yenə də həmin istiqamətdə təxribata əl atırlar”.

Vurğulanıb ki, ermənilərin atdığı bütün təxribatçı addımlar beynəlxalq normalara ziddir. Onlar da bunu yaxşı başa düşürlər. Azərbaycanın müəyyən qurumları təmas xəttində yaşayan sakinlərlə mənşəyi məlum olmayan əşyalardan uzaq olmaları barədə maarifləndirmə işləri aparıblar. Bizim müdafiənin ön xəttindəki hərbi qulluqçularımız da düşmən təxribatının qarşısını layiqincə alırlar.

“Əgər Ermənistan dövləti öz təxribatçı əməllərindən əl çəkməsə, o zaman baş verə biləcək hər hansı insidentin nəticələrinə görə bütün məsuliyyət işğalçı ölkənin üzərinə düşəcək. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev torpaqlarımızın sülh yolu ilə işğaldan azad olunması üçün bütün tədbirləri görür. Münaqişənin həlli sülh yolu ilə alınmasa, milli ordumuz ərazi bütövlüyümüzü müharibə yolu ilə də təmin etməyə tam hazırdır. Beləliklə, bizim əhalimizə, xüsusilə uşaqlara qarşı belə təxribatlara yol verənlər layiqli cavablarını alacaqlar. Bu cavab isə çox sərt olacaq. Mənə elə gəlir ki, bu təxribatın qarşısını ancaq güc yolu ilə almaq mümkün olacaq. Çünki ermənilər başqa cür anlamırlar”, - deyə ehtiyatda olan polkovnik bildirib.

 

 

 

 

 




Baxış sayı: 1 619
“Çal qılıncın, yetdim!.." Dünən, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib Dünən, 20:00 Müharibə və hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərə daha 19 avtomobil təqdim edilib Dünən, 18:30 Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib Dünən, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb Dünən, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb Dünən, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır Dünən, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər Dünən, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub Dünən, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib 24-09-2026, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib 24-09-2026, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib 24-09-2026, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub 24-09-2026, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting 24-09-2026, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir 24-09-2026, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi 24-09-2026, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib 24-09-2026, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir 24-09-2026, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub 24-09-2026, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00 “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub 23-09-2026, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək 23-09-2026, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb 23-09-2026, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub 23-09-2026, 09:30 Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb 23-09-2026, 08:30 Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb 22-09-2026, 21:30 MEK elektron xidmətlərini təqdim edir 22-09-2026, 14:00 Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb 22-09-2026, 14:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930