Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan daha bir nəfərin şəxsiyyəti müəyyənləşib.
Fact-info.az xəbər verir ki, məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində Məhərrəmov Vaqif Cəmil oğlunun şəxsiyyəti müəyyən edilib.
Qeyd edək ki, daha əvvəl 9 nəfərin, o cümlədən Məhərrəmov Vaqif Cəmil oğlunun həyat yoldaşı Məhərrəmova Bəsirə Vəli qızının şəxsiyyəti müəyyən edilib.
Xocalı soyqırımı zamanı itkin düşmüş Məhərrəmova Bəsirə Vəli qızı və Məhərrəmov Vaqif Cəmil oğlunun qalıqları bu gün Zabrat qəbiristanlığında dəfn olunacaq.
Xatırladaq ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı araşdırmalar aparılır.
Baxış sayı: 215
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
