"Beynəlxalq ictimaiyyət Ermənistanın mina terroruna səssiz qalmamalıdır".
Fact-info.az xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Tərtər və Ağdamda baş vermiş mina partlayışları ilə bağlı reaksiyasında qeyd olunub.
Bildirilib ki, Ermənistanın otuz illik işğal dövründə Azərbaycan torpaqlarında basdırdığı minalar insanların həyatına və sağlamlığına təhlükə yaratmaqda davam edir. Növbəti mina terroru nəticəsində dörd nəfər mülki şəxs yaralanıb. Ümumilikdə, İkinci Qarabağ müharibəsindən bu günədək 350 nəfər minadan zərər çəkib.
"Beynəlxalq ictimaiyyət Ermənistanın mina terroruna səssiz qalmamalı, dəqiq mina xəritələrinin Azərbaycana təqdim edilməsi üçün bu ölkəyə ciddi təzyiq göstərməlidir", - deyə ombudsman vurğulayıb.
Baxış sayı: 130
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
