FACT-INFO.AZ » QHT » Dəfnin Xocalıda keçirilməsi Azərbaycanın dünyaya "Biz yurdumuza döndük" mesajıdır
2-04-2024, 16:00 | QHT
Dəfnin Xocalıda keçirilməsi Azərbaycanın dünyaya "Biz yurdumuza döndük" mesajıdır

Xocalı faciəsi zamanı itkin düşən, şəhər işğaldan azad edildikdən sonra meyitlərinin qalıqları tapılan 7 nəfərin 32 ildən sonra vida mərasimi keçirilib. 

Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, Qarabağ müharibəsi veteranı  Müşfiq Ənvər oğlu Əliyev Fact-info.az-a bu barədə bildirib: "Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Xocalıya səfəri təşkil edilməsi sayəsində QHT rəhbərləri də həmin mərasimdə iştirak etdi. 1992-ci ildə Xocalı faciəsi gecəsi 366 motoatıcı alayın tərkibində Rusiya və Ermənistanın birləşmiş terror dəstələri tərəfindən qətlə yetirilən, qeyri- insani şəkildə toplu məzarlıqlarda dəfn edilən çoxsaylı soydaşlarımızdan 7 nəfərinin dəfn mərasimi çox kədərli şəraitdə həyata keçirildi. Vurgulayım ki, mərasim Bərdə rayonundakı məcburi köçkünlər üçün salınmış şəhərcikdə baş tutdu. Vida mərasimində Xocalı soyqırım qurbanlarının yaxınları, dövlət qurumlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Sonra 7 nəfərin dəfn mərasimi keçirildi. Soyqırımı qurbanları Xocalıda yeni salınan Şəhidlər xiyabanında torpağa tapşırıldı. Dəfn mərasimində də mərhumların yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dəfn olunan şəxslər Əliyev Ağaəli Naib oğlu - 01.06.1933-cü il;

 Əliyeva Sürəyya Behbud qızı - 01.06.1933-cü il;

Səlimov Xəzər Səyavuş oğlu - 01.09.1974-cü il;

Səlimova Tamilla Ağamirzə qızı - 01.06.1935;

Cavadov Əli Müsül oğlu -15.06.1954- cü il;

 İsmayılov İsmayıl Bəhman oğlu - 01.08.1955- ci il;

Nəcəfov Şiraslan Qəmiş oğlu - 1952-ci il təvəllüdlü soydaşlarımız idi.

O günün mənəvi ağırlığını heç vaxt unuda bilməyəcəyimə əminəm. Qeyd edim ki, 31 mart 2024 cü il tarixində Xocalı məzarlığında, xocalıların qədim qəbristanlığında şəhidlərimiz ehtiramla dəfn edildi. Dəfnin Xocalıda keçirilməsi Azərbaycanın dünyaya "Biz yurdumuza döndük" mesajıdır.




Baxış sayı: 430
Fon der Lyayen: Avropa Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak edəcək Bu gün, 10:30 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub Bu gün, 09:30 Prezidentin Mətbuat Xidmətinin məlumatı Bu gün, 08:00 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb Bu gün, 08:00 Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30