FACT-INFO.AZ » QHT » “Azərbaycan hər zaman qlobal miqyaslı problemlərin həllinə dəstək verib“
1-04-2024, 20:00 | QHT
“Azərbaycan hər zaman qlobal miqyaslı problemlərin həllinə dəstək verib“

“Hazırda hökumətin əsas fəaliyyət istiqamətlərindən biri məhz COP 29 tədbirinin keçirilməsi ilə bağlı ölkəmizdə aparılan hazırlıq işləridir. İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəfdaş Dövlətlərin 29-cu Konfransının (COP29) Bakıda keçirilməsi haqqında qəbul olunmuş qərar ilk növbədə Azərbaycanın qlobal problemlərin müzakirəsində oynadığı fəal rolun göstəricisidir. Dünya dövlətlərinin liderləri iqlim dəyişikliyi kimi qlobal bir problemi müzakirə etmək üçün məhz Bakıda görüşəcəklər. Bu görüşlərin məqsədi bütün bəşəriyyəti narahat edən iqlim dəyişikliklərinin fəsadlarını müzakirə etmək və bu fəsadların qarşısının alınması üçün bütün dünya tərəfindən məqbul hesab ediləcək yol xəritəsinin hazırlanmasıdır”. Bu sözləri Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Onun sözlərinə görə, Azərbaycan hər zaman belə qlobal miqyaslı problemlərin həllinə dəstək verib və indi də öz töhfəsini verməyə hazırlaşır: Son 20 ildə ölkəmizdə həyata keçirilən sənayeləşdirmə layihələrində ətraf mühitin qorunması üçün ən yeni texnologiyalardan istifadə olunması, ölkədə ekoloji sağlamlığın təmin edilməsi üçün ayrı-ayrı dövlət proqramlarının həyata keçirilməsi, yaşıl enerjinin istehsalına və ondan istifadəyə geniş yer verilməsi dövlət səviyyəsində ekologi problemlərə prioritet yanaşmanın təsdiqidir. Ölkənin flora və fauna sərvətlərinin mühafizə edilməsi, ictimai düşüncədə ekoloji maarifləndirmə işlərinin aparılması, yaşıllaşdırmanın təbliği kimi layihələr davamlı olaraq dövlət tərəfindən dəstəklənir. Ölkəmizdə ekoloji hərəkatın genişlənməsi və gücləndirilməsi əhalinin sağlamlığının qorunması ilə yanaşı həm də iqlim dəyişikliyinə qarşı qlobal mübarizənin tərkib hissəsi hesab olunmalıdır. İqlim dəyişikliyi ilə bağlı problemlər ayrı-ayrı ölkələrin yox, bütövlükdə bəşəriyyətin qarşısında duran problemdir. Ona görə də dünya birliyinin hər bir üzvü iqlim dəyişikliyinin doğurduğu fəsadların qarşısının alınmasına öz töhfəsini verməlidir. Əminəm ki, COP 29 tədbirlərinə ev sahibliyi edən Azərbaycan pandemiya dövründə olduğu kimi bu dəfə də dünyanı narahat edən problemlərlə bağlı öz mövqeyini və yeni təşəbbüslərini dünya birliyinə təqdim edəcək”.

Deputat sözlərinə davam edərək bildirib ki, bütün bunlar qlobal problemlərin həllində Azərbaycanın rolunun artmasını təmin edir və beynəlxalq miqyasda Azərbaycanın nüfuzunun artırılmasına xidmət edir: “Bu kimi tədbirlərin təşkili bütün dövlətləri bəşəriyyətin sağlam gələcəyi üçün birgə çalışmağa doğru istiqamətləndirir. Yaxın gələcəkdə yaşıl enerjinin Azərbaycanda istifadə olunan enerji mənbəyinin 40 %-ni təşkil edəcəyi planlaşdırılır. Eyni zamanda ölkəmizdə istehsal olunacaq yaşıl enerjinin bir hissəsinin Avropaya nəql edilməsi ilə bağlı Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumu Azərbaycanın qlobal İqlim dəyişiklərinə qarşı dünya birliyinə verdiyi böyük töhfədir. Beləliklə, Azərbaycan sadəcə COP 29 tədbirinin keçiriləcəyi məkan deyil. O həm də qlobal istiləşmə ilə mübarizədə səmərəli həll yollarının tapılmasında praktiki addımlar atan ən fəal ölkələrdən biridir”.




Baxış sayı: 180
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Dünən, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Dünən, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Dünən, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir 16-10-2026, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031