FACT-INFO.AZ » QHT » Novruz fəlsəfəsi
20-03-2024, 16:00 | QHT
Novruz fəlsəfəsi

Novruz gəlir. Bu iki söz səsləndiyi an insanlar müstəsna olaraq xoş hisslər yaşayırlar. Ömrümdə Novruzun gəlişindən nəinki kədərlənən, hətta ona biganə qalan bircə adam da görmədim. Deməli, bu sözlər həyatımıza xoş hisslər qatan, hər birimizi pozitiv emosiyalara yükləyən, birmənalı olaraq hamını sevindirən bir xəbərdir. İlin hadisələri içində müxtəlif məzmunlu sevindirici xəbərlər nə qədər çox olsa da Novruzun gəlişi həmişə eyni xoş niyyətləri yaşatmaq və təzələmək baxımından unikal bir mədəniyyət hadisəsidir. Novruz bayramının mahiyyətində təbiətlə insanı birləşdirən, insana təbiətin bir parçası olduğunu daim andıran bir fəlsəfə yaşayır. Bu, insanlar arasında səmimiyyət, dostluq, həmrəylik və xoş məramlılıq fəlsəfəsidir. Təsadüfi deyil ki, Novruz bayramı dünyanın ən seçkin mədəni nailiyyətlərini qeydə alan və onu ümumbəşəri mədəniyyət nümunəsi kimi bütün dünyaya aşılayan UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Deməli, belə bir fəlsəfəni hamılıqla qəbul edən xalqlar dünyanın ən mədəni, eləcə də sülh və həmrəylik kimi humanist xüsusiyyətlərin daşıyıcıları olan xalqlardır. Belə bir xalqın təmsilçisi olmaq nə qədər qürurverici bir hissdir.

Bu fikirləriMilli Məclisinin deputatı Cavanşir Feyziyev söyləyib. Deputat qeyd edib ki, hər bir xalqın təqvimində dövlətlər tərəfindən istirahət günü kimi elan edilən və konkret bir günlə bağlı olan çoxsaylı bayramlar var. Novruz bayramı onlardan fərqlidir. Novruz həmişə hamının bayramı olub. Hətta dövlət səviyyəsində bu bayramın qadağan olunduğu zamanlarda belə xalqlar Novruz ənənələrinə sadiq qalaraq onunla bağlı ayinləri və adətləri yaşadıblar. Ulu Öndər Heydər Əliyev Novruz bayramının mahiyyətini və dəyərini belə ifadə etmişdi: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.”

Deputat qeyd edib ki, Bu bayram insanlığa doğma və təbii olan adət-ənənələrin, əcdadlarımızın əqidəsinə və mədəni irsinə sədaqətin təzahürü kimi minilliklər ərzində xalqımızın ruhunda və qəlbində yaşadıb-yaratdığı yüksək mənəvi dəyərdir. Bu dəyəri müdrik Şərq və onun təmsilçilərindən biri kimi bizim əcdadlarımız yaratdı və ağı qaradan yaxşı seçən Zaman onu bütün İnsanlıq üçün bəşəri dəyərə çevirdi. Əsrlər boyu xalqımız ən xoş ümidlərini Novruza bağlayıb, səadəti, firavanlığı və xoşbəxtliyi Novruzdan gözləyib. Son onilliklər ərzində hər Novruz bayramında növbəti Novruzu azad olunmuş yurd yerlərimizdə qarşılamağı və qeyd etməyi arzuladığımız hamının yadındadır. Məhz bu Novruz arzuları xalqımızın ümidlərini doğrultdu. Artıq dördüncü ildir ki, uzun müddət həsrət qaldığımız Vətən torpaqlarında Novruz tonqalları qalanır. Yaxın keçmişin ağrı-acıları bu tonqalların alovları içərisində yandırılıb külə çevrilir. İnsanlıq öz həyatını bir zaman dayandığı yerdən yenidən başlayır. Novruz sözünün əsl mənası öz əksini real həyatda tapır – hər bir insanın, xalqın, sivilizasiyanın həyatında yeni gün başlayır. Bax, budur Novruz fəlsəfəsinin təntənəsi. Bu təntənəni Prezident İlham Əliyev azad Şuşada bayram tonqalını alovlandıran zaman belə ifadə etmişdi. ‘‘Həmin gün gəldi... Bu gün Novruz bayramını ölkəmizin mədəniyyət paytaxtı olan Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi.”

“Belə bir əziz gündə - dostluq, həmrəylik, yenilik, mənəvi təmizlik və ruhi oyanış günündə Novruz ənənələrinə sadiq olan bütün insanların xoşbəxtliyinə sevinirəm. Sevinirəm ki, hər kəs özünü xoşbəxt hiss edir. Sevinirəm ki, hər kəs gələcəyə ümidlə baxır, hər kəs özünün xoş arzularına qovuşmaq üçün xoş niyyətlər tutur və bu niyyətlərin həyata keçməsi üçün yalnız və yalnız insanlığa xoş olacaq addımlar atmaq haqqında düşünür. Yalnız xoş niyyətlər və xoş arzular insanlığı səadətə qovuşdura bilər. Ona görə bu gün ən xoş arzularımı bütün insanlığa çatdırıram. Bəşəriyyətə və onun ən mədəni parçası olan xalqımıza ən xoş arzularımı çatdırıram”, - deyə deputat Cavanşir Feyziyev fikrini yekunlaşdırıb.




Baxış sayı: 290
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Dünən, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Dünən, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Dünən, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir 16-10-2026, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031