FACT-INFO.AZ » QHT » Levan Mamaladze: “Regionun inkişafı Azərbaycan ilə Gürcüstan tandemi üzərində qurulub”
20-03-2024, 08:00 | QHT
Levan Mamaladze: “Regionun inkişafı Azərbaycan ilə Gürcüstan tandemi üzərində qurulub”

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən sonra NATO-nun Baş katibi Yens Stoltenberqin də Bakıya səfəri dünyada cərəyan edən proseslər fonunda Azərbaycanın regionda yeni reallıqların yaranmasındakı rolundan xəbər verir.

Bu sözləri Gürcüstan Strateji Planlaşdırma Mərkəzinin rəhbəri, politoloq Levan Mamaladze söyləyib.

Politoloq qeyd edib: “Yens Stoltenberqin Azərbaycana səfərindən əvvəl Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıda Prezident İlham Əliyevlə həlli vacib bir sıra məsələləri müzakirə etdi. Düşünürəm ki, Gürcüstan olaraq maraqlarımız Azərbaycanın maraqları ilə üst-üstə düşür. Azərbaycan dostluq nümunəsi göstərdi və bizə dostluğunu nümayiş etdirdi. Düşünürəm ki, bundan sonra da ölkələrimiz qlobal məsələləri birlikdə müzakirə edəcəklər”.

Onun sözlərinə görə, indiki zamanda Azərbaycan və Gürcüstan NATO-dan, Qərb-dən və ABŞ-dan istədiyini daha rahat əldə edə bilər, nəinki onlar bizdən. Amma bunu da xüsusi qeyd etmək lazımdır ki, Qərbin regiona yetərincə təsir mexanizmləri var. Bu vaxtadək Qarabağ məsələsi onlar üçün regiona təsir mexanizmi idi, amma Azərbaycan bu məsələni birdəfəlik həll etdi. Hazırda Fransa hansısa formada nəsə etməyə çalışır, amma bütün arzuları ürəyində qalacaq.

Politoloq vurğulayıb ki, Baş katibin ilk olaraq Bakıya, sonra isə Tbilisi və İrəvana səfərlər etməsi NATO-nun regiona marağının artdığını göstərir. “Bilirsiniz, dünyada çox şey dəyişib və Ukraynada hazırda NATO ilə Rusiya müharibəsi gedir. Belə olan halda, bizim region çox böyük önəm daşıyır. Stoltenberq özü də qeyd etdi ki, NATO-nun regionda xüsusi marağı var və o, həmin maraqların reallaşdırılması üçün regiona səfər edib. Burada sual yaranır ki, Azərbaycan, Gürcüstan və Ermənistan hansı şərtlərlə və nə dərəcədə NATO-nun maraqlarına daxildir. Çünki dünyada hadisələr sürətlə cərəyan edir, yeni oyunçular yaranır. Buna baxmayaraq, regionun inkişafı Azərbaycan-Gürcüstan tandemi üzərində qurulub. Çünki Qara dəniz üzərindən keçən nəqliyyat yollarının alternativi olmayacaq. Bu yolla qısa zamanda Şərqlə Qərbi birləşdirən layihələr icra ediləcək. Buna görə də biz, iki ölkə olaraq öz maraqlarımıza xidmət edən qərarlar verməliyik. Burada yeganə çıxış yolu sülh müqaviləsinin imzalanmasıdır. Belə olan halda, hər üç ölkə regionun inkişafı üçün çalışacaq. Düşünürəm ki, bu səfərlər öz töhfəsini verəcək və liderlər də doğru qərarlar qəbul etməklə xalqların rifahı üçün addımlar atacaqlar”, – deyə L.Mamaladze diqqətə çatdırıb.(Azərtac)




Baxış sayı: 170
Fon der Lyayen: Avropa Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak edəcək Bu gün, 10:30 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub Bu gün, 09:30 Prezidentin Mətbuat Xidmətinin məlumatı Bu gün, 08:00 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb Bu gün, 08:00 Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30