FACT-INFO.AZ » QHT » Səttar Möhbalıyev: “Xankəndidə alovlanan Novruz tonqalı hər birimizi fərəhləndirdi”
19-03-2024, 12:00 | QHT
Səttar Möhbalıyev: “Xankəndidə alovlanan Novruz tonqalı hər birimizi fərəhləndirdi”

"Novruz xalqımızın ən əziz bayramıdır. Bu bayram illərin sınağından çıxıb, təzyiqlərə, qadağalara baxmayaraq, öz dəyərini qoruyub saxlamışdır. Uzun illər xalqımız tərəfindən böyük istəklə, təmtəraqla, xoş ovqatla qeyd olunan Novruzda nə qədər sevinsək də, Qarabağ həsrəti bizi rahat buraxmırdı. Hər dəfə arzu edirdik ki, növbəti bayramı Şuşada, digər işğal altındakı torpaqlarımızda qeyd edək. Bu, uşaqdan böyüyə hər bir azərbaycanlının müqəddəs arzusu idi. "Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır", - deyən Ulu Öndər uzaqgörənliklə bugünkü günü təsvir edirdi. Artıq bir neçə ildir bu arzularımız çin olub. Məhz Heydər Əliyev ideyalarının müdrikliyi, onun siyasi kursunun gücü, layiqli davamçısı cənab İlham Əliyevin yüksək idarəçilik bacarığı və sərkərdəlik qabiliyyəti bizi öz torpaqlarımıza qaytardı".

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

"Artıq Şərqi Zəngəzur və Qarabağımıza həyat qayıdıb. Sakinlər öz ata-baba yurdlarında, onlar üçün dövlətimiz tərəfindən inşa edilmiş evlərdə Novruzu qarşılayırlar. Qarabağımızda alovlanan Novruz tonqalını görəndə hər birimizin qəlbi fərəh hissi ilə dolur, çünki biz uzun illər bu həsrətlə yaşadıq. Şəhidlərimizi unuda bilmərik, onlar öz canları bahasına bu həsrətə son qoydular. Eləcə də qazilərimizin, bütün müharibə iştirakçılarının Vətən qarşısında xidməti xalqımızın qəlbindən silinməyəcək. Onlar dövlətimizin və xalqımızın qarşısında dayanan ən böyük və çətin missiyanı rəşadətlə, şərəflə, ləyaqətlə yerinə yetirdilər. Odur ki, onlar bizim cəmiyyətin ən hörmətli, əziz üzvləridir. Həmçinin şəhid valideynləri, onların yadigar qalan övladları... Dövlətimiz tərəfindən onlara hər cür dəstək var, hətta mən deyərdim ki, dünyada Azərbaycan dövləti qədər şəhid ailələrinə yüksək qayğı göstərən başqa dövlət yoxdur. Təbii ki, bu, ölkəmizin başçısı cənab İlham Əliyevin idarəçilik fəlsəfəsinin mahiyyətindən, xalqımıza olan dərin məhəbbətindən irəli gəlir", - AHİK sədri bildirib.

"Möhtərəm Prezidentimiz artıq dördüncü ildir ki, Novruz tonqalını işğaldan azad edilmiş torpaqlarımızda qalayır, xalqımızı oradan təbrik edir. Bu dəfə də cənab İlham Əliyev bizi Xankəndidən təbrik etdi. Xalqımızın bütün arzu və istəklərini yerinə yetirən Prezidentimiz oradan daha bir müjdəni səsləndirdi - keçmiş məcburi köçkünlər bu il Xankəndiyə qayıdacaqlar. Separatçılar uzun illər bu şəhəri özününküləşdirmək üçün bütün vasitələrə əl atdılar, saxta yollarla şəhəri öz milli kökündən ayırmağa, kimliyini dəyişməyə çalışdılar. Hətta yalanlarına, uydurmalarına özləri belə inanmışdılar. Hesab edirdilər ki, həmin ərazilər, şəhərlər onlarındır. Amma Prezidentimiz cənab İlham Əliyev onların bütün işğal planlarını məhv etdi, separatçıların liderlərini, dinc azərbaycanlıların hədəf alınması qərarını verənləri əli-qolu bağlı Bakıya gətirtdi. Sübut etdi ki, bu ərazilər azərbaycanlılara məxsusdur, Qarabağın digər şəhərləri kimi, Xankəndi də Azərbaycanın pulu hesabına tikilib. Şəhərdəki əsas inzibati binaların memarları azərbaycanlılardır. Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin yüksək idarəçilik keyfiyyətlərinin, böyük diplomatik bacarığının, məqsədində qətiyyətinin və əzmkarlığının, xalqına və dövlətinə olan sonsuz məhəbbətinin nəticəsidir", - Milli Məclisin deputatı əlavə edib.




Baxış sayı: 130
Fon der Lyayen: Avropa Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak edəcək Bu gün, 10:30 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub Bu gün, 09:30 Prezidentin Mətbuat Xidmətinin məlumatı Bu gün, 08:00 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb Bu gün, 08:00 Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30