FACT-INFO.AZ » QHT » Səsimi Millətin Qürurunu Dirçəldənə verdim!
16-03-2024, 17:30 | QHT
Səsimi Millətin Qürurunu Dirçəldənə verdim!

Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsində zəruri və müstəsna xidmətləri olan insanlardan biri də ictimai xadim, VKC Karate Federasiyasının Fəxri Prezidenti Elnur Ədalət oğlu Abasovdur. Elnur bəy orta məktəbi bitirdikdən sonra 2000-2001-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur.

Hərbi xidmətini başa vurduqdan sonra 2002-ci ildə ali təhsilini RF Sankt-Peterburq Dövlət Aerokosmik Cihazqayırma Universitetinin hüqüq fakultəsinə daxil olmaqla davam etdirmiş, 2007-ci ildə həmin universitetdən məzun olmuşdur.

Abasov Elnur idmanın VKC növləri üzrə Karate Federasiyasının məşqçisi kimi fəaliyyət göstərmişdir. 2006-cı ildən isə,həmin Federasiyanın Fəxri Prezidenti vəzifəsində çalışır.2019-cu ildə Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimovun əmrinə əsasən "Azərbaycan Respublikasının İdman Ustası" adına layiq görülmüşdür.

2008-ci ildən "Xocalı Soyqırımını  Tanıtma”İctimai Birliyinin üzvüdür, 2009-cu ildən isə bir müddət həmin Birliyin sədr müavini vəzifəsində çalışmışdır. Sədr müavini vəzifəsində çalışdığı müddətdə ictimai məsələlərdə könüllü xidmət göstərmişdir. Dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin,proqram və layihələrin yerinə yetirilməsi,habelə qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi sahəsində əlindən gələn dəstəyi əsirgəməmişdir.

O, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması,eləcə də bu soyqırıma obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atıb.   

Ümumiyyətlə,Elnur Abasov çıxışları zamanı Ulu Öndər Heydər Əliyevin deyimlərindən biri olan “Mən Fəxr Edirəm ki, mən AZƏRBAYCANLIYAM!” ifadəsini dəfələrlə səsləndirmişdir.

O, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda, düzgün strategiya və düşünülmüş məqsədyönlü siyasət nəticəsində gedən 44 günlük “Vətən müharibəsi” dövründə arxa cəbhədə Azərbaycan Ordusuna maddi və mənəvi dəstək göstərmişdir.Eyni zamanda müharibə dövründə hər zaman ordumuzda vuruşan əsgərlərimizin ruh yüksəkliyini və onların rifahını düşünərək əlindən gələn qayğı və dəstəyini əsirgəməmişdir.

Eyniliklə Abasov Elnur Ədalət oğluna nəinki, Azərbaycanda, həm də qardaş ölkə olan Türkiyədə fəaliyyət göstərən bir çox Qeyri-Hökumət Təşkilatları və sayt rəhbərləri tərəfindən hədsiz hörmət və ehtiram göstərilir.

Elnur Abasov Azərbaycan Respublikasının, Azərbaycan xalqının aparıcı qüvvəsi, Heydər Əliyev davamçısı olan, Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyev dəstəkçisidir.

2024- cü il 7 fevral tarixində növbədənkənar keçirilən Prezident seçkiləri zamanı səs verdikdən sonra, özünə aid rəsmi instaqram səhifəsində belə bir paylaşımı etmişdir:-

“Səsimi haqq səsimizə çevirənə,dünyaya bəyan edənə verdim!

Səsimi nöqtəni nida edənə verdim!

Səsimi Azərbaycanı bütöv edənə verdim!

Səsimi hər bir Azərbaycanlının Prezidentinə verdim!

Səsimi Böyük Qayıdışın Müəllifinə verdim!

Səsimi Ata vəsiyyətini yerinə yetirənə verdim!

Səsimi Millətin Qürurunu Dirçəldənə verdim!

Səsimi Xocalıya Ədaləti gətirənə verdim!

Səsimi Müqəddəs Torpaqlarda Azan səsini dinlətdirənə verdim!

Səsimi sabahı xoşbəxt AZƏRBAYCANA Verdim!

Sonsuzadək İLHAM ƏLİYEVLƏ İRƏLİ !”

Bununla yanaşı Abasov Elnur Ədalət oğlu Azərbaycan Respublikasının bütöv bir yumruq altında birləşməsinin,xalqın qürurunun dirçəlməsinin nəhayətində nöqtəni Nida edənin əsas qəhrəmanın İlham Əliyev olduğunu zaman-zaman dərc etdiyi  məqalələrində dəfələrlə vurğulamışdır.

 

“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin həmtəsisçisi, müharibə veteranı, jurnalist: Şamil Sabiroğlu (Ələkbərli)

 

 




Baxış sayı: 5 425
Fon der Lyayen: Avropa Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak edəcək Bu gün, 10:30 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub Bu gün, 09:30 Prezidentin Mətbuat Xidmətinin məlumatı Bu gün, 08:00 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb Bu gün, 08:00 Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30