FACT-INFO.AZ » QHT » Damir Muxetdinov: Konfrans dünyada islamofobiya məsələlərinin həllinə əməli töhfə verəcək
9-03-2024, 07:00 | QHT
Damir Muxetdinov: Konfrans dünyada islamofobiya məsələlərinin həllinə əməli töhfə verəcək

Bu konfransın təşkilinə görə Azərbaycan Respublikasının rəhbərliyinə minnətdaram. Artıq birinci il deyil ki, mən Bakıda müasir dünyanın ən mühüm mövzularından birini - islamofobiya mövzusunu qaldıran konfransda iştirak edirəm.

Fact-info.az-ın məlumatına görə, bu sözləri “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edən Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini Damir Muxetdinov AZƏRTAC -a müsahibəsində deyib.

“Təəssüflər olsun ki, dünyada islamofobiya o qədər yüksək səviyyəyə və elə bir təcavüz həddinə çatıb ki, bir çox insanlar və ölkələr xüsusi olaraq İslamı və müsəlmanları təhqir etməyi bir növ şücaət və şərəf hesab edirlər. Biz bütün dünyada vandalizm aktlarının baş verdiyini, müsəlmanların müqəddəs kitabı olan “Quran”ın yandırılmasını görürük. Bütün bunlar dövlət orqanlarının himayəsi və köməyi ilə baş verir. Polisin “Quran”ı yandıranları, müsəlman dəyərlərinə istehza edənləri qoruduğunu görürük. Müsəlman məbədlərinin dağıdılmasının necə davam etdiyinin də şahidiyik”, - deyə D.Muxetdinov qeyd edib.

Onun sözlərinə görə, Qarabağ ərazisində baş vermiş dəhşətli və faciəli hadisələr, tarixi abidələrin, məscidlərin, kilsələrin, mədəniyyət obyektlərinin yer üzündən silinməsi hər kəsin yadındadır. O vurğulayıb ki, Azərbaycan xalqı öz milli liderinin rəhbərliyi ilə ədalətin bərqərar olması, ölkənin tərəqqisi və yeni inkişaf mərhələsinə qədəm qoyması üçün bütün zəruri tədbirləri həyata keçirir.

Sədr müavini əmin olduğunu bildirib ki, konfrans zamanı nəinki çoxlu tövsiyə və məsləhətlər, yaxud hər hansı təkliflər səsləndiriləcək, bu tədbir, həmçinin bütün dünyada islamofobiya problemlərinin həllinə əməli töhfə verəcək.




Baxış sayı: 100
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Dünən, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Dünən, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Dünən, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir 16-10-2026, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031