FACT-INFO.AZ » QHT » QHT Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbir keçirib
7-03-2024, 19:30 | QHT
QHT Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbir keçirib

8 Mart – Beynəlxalq Qadınlar Günü ənənəvi olaraq ailələrdə, müxtəlif idarə və müəssisələrdə, təhsil və tərbiyə ocaqlarında qeyd olunur. Ana və bacılarımızın, ömür-gün yoldaşlarımız və xanım həmkarlarımızın şərəfinə təşkil olunan bayram tədbirlərinin iştirakçıları da fərqli olurlar. Bakı şəhərində yerləşən “Dəniz” uşaq bağçasında keçirilmiş tədbirdə olduğu kimi... Burada uşaqların dəvətini alanlar şəhid anaları idi.

Yaşlı nəslin nümayəndələri ilə gənclərin və uşaqların ünsiyyətinə xüsusi önəm verən “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi uşaq bağçasının bu maraqlı təşəbbüsünü böyük həvəslə qarşıladı və əzəli torpaqlarımızı işğaldan azad etməklə ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının analarını bağça müdiriyyəti adından uşaqlarla görüşə dəvət etdi.

Doğrusu, müharibənin, Vətən uğrunda şəhidliyin, övlad itkisi kimi faciənin nə olduğunu dərk etməyən körpələrin igid oğullarını qurban vermiş analarla nə cür görüşəcəklərindən, nədən danışacaqlarından narahat idik. Amma əbəs yerə...

Şəhid övladlarının uşaqlıq dövrü ilə bağlı xatirələrini gövrələrək bölüşən, igid oğulları barədə kədərdən daha çox fəxr və qürurla danışan, düşmən üzərində Qələbənin nəyin bahasına əldə edildiyindən söz açan şəhid analarını böyük maraqla dinləyən uşaqlar sanki bir anda böyümüşdülər – onların söhbət əsnasında verdikləri suallar qonaqları düşündürür, xatirələrini daha çox bölüşməyə vadar edir, hər iki tərəfin səmimiliyi isə bizi sevindirirdi. Görüş zamanı uşaqların Vətən və Ana mövzusunda şeirlər, müdrik kəlamlar səsləndirməsini, nəğmələr və tamaşa parçaları ifa etməsini şəhid analarından biri haqlı olaraq bircə kəlmə ilə dəyərləndirdi: “Bu körpələrin oğlumun ruhunu şad etmələri mənim üçün ən böyük təsəllidir".

Tədbirin sonunda qonaqlara bayram sovqatları təqdim edildi. “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri olaraq QHT-nin ahıl yaşlı fəalları və şəhid anaları adından bayram tədbirini yüksək səviyyədə təşkil etdiyinə görə "Dəniz" uşaq baxcasının təsiscisi Dürrə xanım Rzayevaya, bağçanın direktoru Sevda Qənizadəyə və bütün kollektivə minnətdarlığımı bildirirəm və bu cür görüşlərin fərqli nəsillərin təmsilçiləri üçün faydalı olduğunu diqqətə çatdırıram.  

    
Ruhiyyə Məmmədova,
“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri




Baxış sayı: 765
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Dünən, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Dünən, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Dünən, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir 16-10-2026, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031