FACT-INFO.AZ » QHT » Şəhid heykəltaraş Samir Kaçayevin xatirəsinə həsr edilmiş yaradıcılıq sərgisi keçirilib
5-03-2024, 17:00 | QHT
Şəhid heykəltaraş Samir Kaçayevin xatirəsinə həsr edilmiş yaradıcılıq sərgisi keçirilib

Şamaxı Rayon İcra Hakimiyyətinin və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Şamaxı Yaradıcılıq Mərkəzində şəhid heykəltaraş Samir Kaçayevin xatirəsinə həsr edilmiş “Daşa can verib, “Küləklə sovrulan”” adlı yaradıcılıq sərgisi keçirilib.

Şəhidin Çuxuryurd kəndində yerləşən məzarı ziyarət olunduqdan sonra, onun ailə üzvləri, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimləri və ictimaiyyət nümayəndələri sərgidə iştirak ediblər.

Tədbirdə iştirak edənlər Samir Kaçayevin həyat və yaradıcılığından, onun yüksək vətənpərvərliyindən söz açıblar. Bildirilib ki, hələ uşaqlıqdan onun Vətənə, torpağa olan sevgisi aydın hiss edilirmiş.

Rayon icra hakimiyyətinin başçısı çıxış edərək şəhidimizin ailə üzvlərinə başsağlığı verib, torpaq uğrunda şəhid olmağın ən ali, uca zirvə olduğunu qeyd edərək şəhidlərin daim elin yaddaşında xatırlanacağını vurğulayıb. Digər qəhrəman oğullarımız kimi heykəltaraş Samir Kaçayevin də Vətən uğrunda canından keçdiyini, əbədiyyətə qovuşduğunu bildirərək, müharibə veteranlarına, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söz açıb.

Samir Kaçayev 1994-cü il martın 6-da Şamaxı rayonunun Çuxuryurd kəndində dünyaya gəlib. 2011-ci ildə orta təhsilini bitirdikdən sonra elə həmin il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr, 2015-ci ildə magistr pilləsinə daxil olub. Lakin Vətənə olan borcu təhsilindən daha üstün sayan Samir hərbi xidmətini Tərtərdə yerləşən hərbi hissədə çəkməyə başlayıb. 2016-cı ilin aprel ayında torpaqlarımızın azad olunması uğrunda erməni işğalçılarına qarşı Talış kənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Samir Kaçayev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva 2021-ci il noyabrın 1-də Şamaxıya səfər zamanı Samir Kaçayevin “Küləklə sovrulanlar” kompozisiyasının instalyasiyasına baxış keçirib, şəhidin ailəsi ilə görüşüblər.

 




Baxış sayı: 55
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Dünən, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Dünən, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Dünən, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir 16-10-2026, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031