FACT-INFO.AZ » QHT » “Cəbrayılın ilk şəhidi” adlı kitabın təqdimatı keçirilib
5-03-2024, 10:30 | QHT
“Cəbrayılın ilk şəhidi” adlı kitabın təqdimatı keçirilib

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında yazıçı-publisist Dürdanə Qaraşovanın Çingiz Musa oğlu Qasımova həsr edilmiş "Cəbrayılın ilk şəhidi" kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin nümayəndəsi, qazi Abbas Abbaslı, filologiya elmləri üzrə fəlsəfə doktoru, Tariyel Abbasov, filologiya üzrə fəlsəfə doktoru, jurnalist Şakir Əlif oğlu, Cəbrayıl rayon 5 nömrəli tam orta məktəbin direktoru Faiq Qurbanov, Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Fətullayeva Aytən, Qubadlı rayon Xıdırlı kənd tam orta məktəbinin direktoru Savalan İman, şair - publisist Fəxrəddin Meydanlı, Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika-Elmi Texniki Kitabxananın şöbə müdiri Amaliya Qənbərova, media nümayəndələri, tələbə-gənclər və şəhidin ailə üzvləri iştirak ediblər.

İlk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbirdə çıxış edən kitabxananın direktoru Aslan Cəfərov şanlı Zəfər tarixinə nəzər salaraq, Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti, rəşadət göstərən əsgər və zabitlərimizin qəhrəmanlığı, arxa cəbhədə çalışan xalqımızın birlik və həmrəyliyindən söz açıb. O, mərd oğullarını Vətən üçün yetişdirən anaların fədakarlığının, şəhidlərimizin əziz xatirəsinin daim diqqətdə və qəlblərdə yaşayacağını deyib.

A.Cəfərov ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş Azərbaycan oğullarının qəhrəmanlıq dolu həyat hekayələrinin böyüməkdə olan gənclərə bir örnək olduğunu söyləyərək, bu mövzuda qələmə alınan əsərlərin əhəmiyyətindən danışıb.

Kitabın müəllifi Dürdanə Qaraşova kitabın yazılmasında iştirak edən şahidin ailə üzvlərinə, cəbhə yoldaşlarına dərin hörmət və ehtiramını bildirib, kitabın məhz şəhid Çingiz Qasımovun ailə üzvlərinin və özünün şəhid ilə şəxsi tanışlığı, birlikdə keçən uşaqlıq və məktəb illərinin xatirələri əsasında qələmə alındığını qeyd edib.

Tədbir iştirakçıları şəhidlərimizin xatirəsinin yaşadılması üçün vətənpərvərlik mövzusunda əsərlərin qələmə alınması ilə yanaşı, bu mövzuda filmlərin, rəsmlərin çəkilməsi, şəhidlərin şəxsi eksponatlarından ibarət muzeylərdə guşələrin yaradılması əhəmiyyətindən bəhs ediblər.

Şəhidin ailə üzvləri, qardaşları şəhid Çingiz Qasımov ilə bağlı xatirələri bölüşərək, tədbirin mədəniyyət ocağı olan Gənclər Kitabxanasında təşkil olunmasından böyük məmnunluq hissi duyduqlarını vurğulayıblar.

Tədbirin sonunda Dürdanə Qaraşovanın müəllifi olduğu “Cəbrayılın ilk şəhidi” kitabı kitabxanaya hədiyyə edilib.




Baxış sayı: 240
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Dünən, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Dünən, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Dünən, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir 16-10-2026, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031