Nümayişimizin əsas məqsədi Korsikanın müstəqillik hərəkatı fəallarının həbsi nə etiraz etmək və onları dəstəkləməkdir. Onlar Fransa dövləti tərəfindən hədəfə alınıb və polis onların evlərinin qapısını partladaraq dağıdıb. Həmin fəal mühasibatlıq üzrə ekspertdir. Onu uşağının gözü qarşısında yerə yıxaraq zorakılıq aktı törədiblər, evini alt-üst ediblər. Belə hərəkətlər qəbuledilməzdir.
Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a açıqlamasında Bastiyada polis tərəfindən saxlanılan korsikalılara dəstək üçün keçirilən etiraz aksiyasının iştirakçısı Paskal Alberini deyib.
“Bu gün Fransa mətbuatına etibar etmirik. Milyarderlərin əlində olan Fransa mediası xalqın səsini eşitmir, onu nəzərə almır və insanların hüquqları tapdalanır”, - deyən nümayiş iştirakçısı bu gün Fransa mətbuatının dezinformasiya xarakterli məlumatlar yaydığını qeyd edib.
Baxış sayı: 100
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
