FACT-INFO.AZ » SİYASƏT » "Ermənistan danışıqlar prosesinin irəliləməsinin qarşısını almağa çalışır"
4-01-2017, 22:10 | SİYASƏT
"Ermənistan danışıqlar prosesinin irəliləməsinin qarşısını almağa çalışır"

“Ermənistanın siyasi-ictimai və diaspor dairələrində bir sıra sağlam qüvvələrin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsinə yönəlik çağırışları müsbət addımlar olsa da, Ermənistanın siyasi-hərbi rəhbərliyi yenə də hər bir vəchlə danışıqlar prosesinin irəliləməsinin qarşısını almağa çalışır”.   

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın ictimai-siyasi və diaspora dairələrində münaqişənin həlli ilə əlaqədar səsləndirilən bəyanatlar, Ermənistan rəhbərliyi və xarici işlər nazirinin açıqlamalarına münasibət bildirərkən deyib.

H. Hacıyev bildirib ki, Ermənistan rəhbərliyinin məqsədi münaqişənin həlli və regionda davamlı sülhün təmin edilməsi deyil, Ermənistanın danışıqlarda iştirakı yalnız imitasiya məqsədi daşıyır: “Ermənistan rəhbərliyi Azərbaycana qarşı təcavüz və işğala əsaslanan mövcud status-kovunu saxlamağa xidmət edən siyasət yürüdür. Bütün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etsələr də, Ermənistan buna məhəl qoymur və münaqişənin həllinin əsasını təşkil edən bu kimi köklü məsələdən yayınmaq üçün yeni-yeni təxribatlara əl atır”.

XİN mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, Ermənistan-Azərbaycan sərhədində Ermənistanın törətdiyi son hərbi təxribat da rəsmi Yerevanın törətdiyi növbəti təhlükəli avantüradır: “Ermənistanın Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının çətirinin arxasında gizlənmək və KTMT-ni münaqişəyə cəlb etmək cəhdləri regional sülh və təhlükəsizliyi, münaqişənin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqları ciddi təhdid altına qoyur. 

Ermənistanın bu sərhəd insidenti ilə əlaqədar dərhal dezinformasiya xarakterli təbliğata başlaması, biri-digərini təkzib edən bəyanatlar verməsi və KTMT-nin artıq sabiq baş katibi Nikolay Bardyujanın məsuliyyətsiz, hər hansı araşdırma aparmadan və tələm-tələsik açıqlaması bu təhlükəli avantüranın əvvəlcədən planlaşdırılmış ssenari əsasında həyata keçirildiyini bir daha təsbit edir. Ssenari sanki Ermənistanın təxribat və təhriki ilə keçən ilin aprelində qoşunların təmas xəttində baş vermiş gərginliyi, hələ 1988-ci ildə törədilmiş Sumqayıt hadisələrini xatırladır.

 Çox güman ki, Ermənistan tərəfi sərhəddə daha genişmiqyaslı hərbi təxribat törətmək niyyətində idi. Azərbaycan əsgərinin ayıq-sayıqlığı onların bu mənfur planlarının qarşısını aldı. Bu təxribatın qarşısını alarkən şəhid olmuş əsgər Çingiz Qurbanovun cəsədini Ermənistan tərəfə aparan rəsmi Yerevan bundan öz dezinformasiya məqsədləri üçün istifadə etmək kimi çirkin məqsədlər güdür. Ona görə də beynəlxalq təşkilatlar vasitəsilə edilmiş müraciətlərə baxmayaraq, Çingiz Qurbanovun nəşinin qaytarılmasına Ermənistan Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozaraq hələ də imtina edir.

Bu kimi təhlükəli avantüralar əvəzinə Ermənistanın rəhbərliyi Ermənistanın ictimaiyyətində olan sağlam düşüncəli insanların çağırışlarına, beynəlxalq ictimaiyyətin tələblərinə riayət edərək münaqişənin sülh yolu həlli istiqamətində konstruktiv addımlar atmalıdır. Ermənistanın siyasi-hərbi rəhbərliyi bu reallığı nə qədər tez dərk edərsə və Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxararsa, regionda bir o qədər də tez sülh, sabitlik bərqərar olar və ilk növbədə Ermənistan xalqı yaranacaq yeni regional əməkdaşlıq imkanlarından faydalana bilər”. (apa)

 

 




Baxış sayı: 1 639
Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031