FACT-INFO.AZ » QHT » QHT psixoloji yardım təşkil edir
1-03-2024, 10:00 | QHT
QHT psixoloji yardım təşkil edir

Son dövrlərdə qarşılaşdığımız bir çox hadisələr ciddi təşviş doğurur. Təəssüf ki, cəmiyyəti qayğılandıran bu hadisələrin iştirakçıları və şahidləri uşaqlar, yeniyetmələr və gənclərdir. Bəzi yeniyetmələrin arzuolunmaz davranışlar sərgiləməsi, hətta intihara belə əl atmaları hər kəsi narahat edən məsələlərdəndir. Bütün bunlar isə uşaq və yeniyetmələrin tərbiyəsi istiqamətində ciddi boşluqların olduğunu ortaya qoyur.

Uşaqların düzgün şəkildə, cəmiyyətə yararlı formada yetişməsində bir çox nüanslar əsas yer tutur ki, bunlardan birincisi lap uşaq yaşlarından valideynin onunla davranış formasından başlayır. Övlad tərbiyəsi onların böyüyüb yetkinlik yaşlarına çatanda yox, elə uşaqlıqdan başlayır. Uşaqların sağlam ruhda böyümələri üçün onların sağlam ruhlu ailələrə ehtiyacı var. Cəmiyyətin mövcud durumunu incələmək üçün ailələri incələmək yetərlidir.

Gənc nəslin sağlam və xoşbəxt gələcəyinin təmin edilməsində vətəndaş cəmiyyətinin məsuliyyətini dərk edən “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi cari ilin 01 mart 2024-cü il tarixindən 01 aprel 2024-cü il tarixinədək azyaşlılar, yeniyetmələr və onların valideynləri, həmçinin gənc ailələr, ailə qurmaq ərəfəsində olan hər kəs üçün xeyriyyə tədbiri - “Psixoloji Yardım Ayı” təşkil edir. Təşkilatın təşəbbüsü ilə təşkil olunan “Psixoloji Yardım Ayı”nın əsas məqsədi xidmətin əlçatanlığını təmin etmək üçün hər kəsin ödənişsiz psixoloji bilik və səriştələrinin birbaşa üsullarla artırılması istiqamətində təlimlər, mühazirələr və konsultasiyaların həyata keçirilməsidir.

Tədbir təcrübəli mütəxəssis, “Sabaha ümidlə” Psixoloji Dəstək İctimai Birliyinin sədri, psixoloq Nərminə Cəfərovanın iştirakı ilə aşağıdakı ünvanda keçiriləcəkdir:

Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” Nəşriyyatının binası, 6-cı mərtəbə, otaq 222. Əlaqə telefonu: 0503223869.




Baxış sayı: 275
Fon der Lyayen: Avropa Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak edəcək Bu gün, 10:30 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub Bu gün, 09:30 Prezidentin Mətbuat Xidmətinin məlumatı Bu gün, 08:00 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb Bu gün, 08:00 Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30