FACT-INFO.AZ » QHT » Kölndə Xocalı soyqırımının 32-ci ildönümü anılıb
29-02-2024, 10:00 | QHT
Kölndə Xocalı soyqırımının 32-ci ildönümü anılıb

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Almaniyanın Köln şəhərində anım tədbiri keçirilib.

 Fact-info.az xəbər verir ki, tədbirdə Almaniyanın Köln, Bonn, Düsseldorf, Troisdorf şəhərlərindən olan soydaşlarımız iştirak edib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycanın Dövlət Himni ilə başlayıb. Daha sonra Vətənin ərazi bütövlüyü uğrunda şəhid olanların və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

 Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tədbir iştirakçılarına Ali Baş Komandan İlham Əliyevin suverenliyimizi tam bərpa etdikdən sonrakı dövrdə diaspor siyasətindəki prioritetləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Komitə sədri hər il olduğu kimi, bu il də diaspor təşkilatları tərəfindən “Xocalıya Ədalət” beynəlxalq təbliğat və təşviqat kampaniyası çərçivəsində çoxsaylı tədbirlərin həyata keçirildiyini, dünya ictimaiyyətinin məlumatlandırıldığını bildirib. Bir neçə gün öncə Köln Katedralı önündə 200-dən çox diaspor nümayəndəsinin iştirakı ilə baş tutmuş aksiyanı xatırladan Komitə sədri Almaniyada yaşayan soydaşlarımızın Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında həmişə xüsusi fəallıq göstərdiyini vurğulayıb.

 Daha sonra Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Nuran Abdullayev çıxış edərək, Azərbaycanın qan yaddaşı olan Xocalı qətliamının Ermənistan silahlı qüvvələri tərəfindən törədilən insanlıq əleyhinə cinayət aktı olduğunu, bu cinayəti törədənlərin gec-tez beynəlxalq hüquq qarşısında cavab verəcəklərini bildirib.

 Tədbir iştirakçılarından Avropa Azərbaycan Mərkəzinin sədri Zaur Əliyev, sədr müavini Sərdar Əliyev, əslən Ağdamdan olan və ailə üzvlərini I Qarabağ müharibəsində itirmiş, “Qarabağ” FK-nin sabiq oyunçusu, hazırda Almaniyada yaşayan  həmyerlimiz Vüqar Cəfərov, eləcə də alman tarixçi və musiqişünas Anja Bel, Alman–Azərbaycan Mədəniyyət Evinin həmsədri Altay Rüstəmli çıxış edib, Xocalı faciəsinin ermənilərin zaman-zaman azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən acı səhifələrindən biri olduğunu söyləyiblər.

 Tədbirin bədii hissəsində Almaniya Azərbaycanlıları Alyansının üzvü Səbinə Məmmədova pianoda, Vahid Məmmədov tarda həzin musiqilər ifa edib.

 Sonra erməni vandallarına qarşı döyüşən qəhrəman oğullarımızdan bəhs edən “Oğul” sənədli filmi numayiş etdirilib. Yekunda tədbir iştirakçılarına soyqırımı ilə bağlı məlumatlandırıcı bukletlər və döş nişanları təqdim edilib.




Baxış sayı: 65
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Dünən, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Dünən, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Dünən, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir 16-10-2026, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031