FACT-INFO.AZ » QHT » Səttar Möhbalıyev: “Xocalı Soyqırımı Memorialının yaradılması gələcək nəsillər üçün də olduqca əhəmiyyətlidir”
28-02-2024, 07:00 | QHT
Səttar Möhbalıyev: “Xocalı Soyqırımı Memorialının yaradılması gələcək nəsillər üçün də olduqca əhəmiyyətlidir”

“Prezident İlham Əliyevin siyasi fəaliyyətinin, idarəçilik fəlsəfəsinin əsas qayəsini xalqına verdiyi vədlərə məsuliyyətlə yanaşması, vaxtında və dəqiq yerinə yetirməsidir. Tarixdə və müasir dünyamızda az lider tapılar ki, bu ali keyfiyyətlərə xas olsun. Prezident İlham Əliyevi xalqına sevdirən, ona olan inamı daha da yüksəldən həm də bu xüsusiyyətləridir. 2003-cü ildə dövlətimizin başçısı Biləsuvar rayonundakı çadır şəhərciyində qaçqınlarla görüşündə bildirmişdi ki, çox yaxın illərdə ölkəmizdə bütün çadır şəhərcikləri ləğv olunacaq, onlar üçün yeni evlər tikiləcək. O, bu vədini də qısa müddət ərzində - cəmi dörd ilə həyata keçirdi. Belə ki, 2003-cü ildə Biləsuvardakı 5, 2006-cı ildə Bərdə və Ağcabədidəki 4, 2007-ci ildə isə Saatlı və Sabirabad rayonlarındakı 3 çadır şəhərciyi ləğv edildi. Həmçinin Prezident İlham Əliyev məcburi köçkünlərlə keçirdiyi görüşlərdə bəyan edirdi ki, biz işğal altında olan torpaqlarımızı mütləq azad edəcəyik, sizlər üçün orada daha müasir, hər cür şəraiti olan evlər tikiləcək. Bu gün biz həmin vədin də real nəticələrinə şahidlik edirik və bu mənzərəni gördükcə çox fərəhlənirik”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Ümumiyyətlə, Xocalı isə bizim, xalqımızın hər bir nümayəndəsinin qəlbində ağır yara idi. 1992-ci ildə erməni faşistləri orada insanlıqdan uzaq, dünya tarixinin ən böyük qanlı cinayətini törətdilər. Azərbaycan Ordusu həm 44 günlük Vətən müharibəsində, həm də 2023-cü ilin sentyabrında keçirdiyi antiterror tədbirləri ilə bu qisası döyüş meydanında misli ilə aldı. Ötən gün - fevralın 26-da müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Xocalıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Bu artıq nəticədir, Qələbəmizin bəhrəsi, əzəmətli tariximizin ən qürurlu mənzərəsidir. Sakinlər öz doğma yurdlarını ziyarət edirlər. Bu da realdır ki, yaxın zamanlarda onlar namus tacımız Xocalıda - öz ata-baba yurdlarında həyatlarına davam edəcəklər. Bu, xalqımızın müzəffər oğlu Prezident İlham Əliyevin müdrik siyasətinin uğurlu nəticələrindəndir”, - Səttar Möhbalıyev bildirib.

“Sakinlərlə görüşündə dövlətimizin başçısı bildirdi ki, biz Xocalı soyqırımını heç vaxt unutmayacağıq. Bu, son dərəcə ağır faciədir. Erməni silahlıları həmin gecə bütün vəhşiliklərə əl atıblar. Hətta şəhid edilmiş insanların üzərində təhqiredici hərəkətlərə yol vermişdilər - meyitlərin başlarını, digər orqanlarını kəsir, dərisini soyur, uşaqların gözlərini çıxarır, hamilə qadınların qarnını yarırdılar. Quduz düşmən bu hərəkətləri acımadan, vicdansızcasına edib. Həm də onlar dinc sakinlərin üzərinə hücum zamanı istifadəsi qadağan olunmuş patronlardan, habelə kimyəvi silahlardan belə istifadə ediblər. Odur ki, biz düşmənin bu vəhşiliyini heç vaxt unutmayacağıq. Bütün dünya da bundan xəbərdar olmalı, şiddətlə qınamalıdır. Artıq neçə illərdir dövlətimiz, Heydər Əliyev Fondu, tarixçilərimiz, hadisələrin şahidləri bu baş verənləri tutarlı faktlara beynəlxalq ictimaiyyətə çatdırırlar. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasını xüsusilə qeyd etmək istərdim. Kampaniya Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu qanlı faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında əhəmiyyətli rol oynayır, artıq bir sıra ölkələrdə bu soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul edilib. Yüz minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir”, - AHİK sədri vurğulayıb.

Milli Məclisin deputatı qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev cənabları tərəfindən təməli qoyulan Xocalı Soyqırımı Memorialı vacib bir layihədir: “Memorial Xocalı hadisələrinin dünyada təbliğində, gələcək nəsillərə ötürülməsində, soyqırımı qurbanlarının xatirəsinin xalqımızın qəlbində daim yaşamasında olduqca əhəmiyyətli rola malik olacaq.




Baxış sayı: 140
Fon der Lyayen: Avropa Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak edəcək Bu gün, 10:30 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub Bu gün, 09:30 Prezidentin Mətbuat Xidmətinin məlumatı Bu gün, 08:00 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb Bu gün, 08:00 Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30