"Xocalıya ədalət" beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar 26 fevral tarixindən başlayaraq Meksika, Kolumbiya və Perunun paytaxt şəhərləri Mexiko, Boqota və Limanın mərkəzi küçələrində yerləşən böyük və orta ölçülü lövhələrdə "Xocalıya ədalət" çağırışları əks olunub.
Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.
Lövhələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin təsviri, "Xocalı Soyqırımı 32 il", "Xatırlayırıq", "Azərbaycana qarşı cinayət" şüarları və "Xocalıya ədalət" kampaniyasının rəsmi internet səhifəsi təsvir olunub.
Adıçəkilən şəhərlərin sakinləri lövhələrdə yer almış "Xocalıya ədalət" kampaniyasının rəsmi internet səhifəsinə daxil olaraq soyqırımı haqda ətraflı məlumat əldə edə bilir. Elektron lövhələr bir neçə gün ərzində nümayiş etdiriləcək.
Baxış sayı: 100
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
