FACT-INFO.AZ » QHT » Könüllülük hərəkatının təşəkkülündə danılmaz xidmətləri olan gənclər təşkilatlarının sistemli şəkildə maliyyələşdirilməsi vacib məsələdir
26-02-2024, 15:00 | QHT
Könüllülük hərəkatının təşəkkülündə danılmaz xidmətləri olan gənclər təşkilatlarının sistemli şəkildə maliyyələşdirilməsi vacib məsələdir

"Azərbaycan gəncliyi – qalib gənclikdir. Ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında rəşadətli gənclərimizin xidmətləri danılmazdır. Dövlət gənc nəslin Vətənə məhəbbət, xalqımızın tarixinə, mədəni irsinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunmasını, istedadlı gənclərin aşkar edilməsini, onların davamlı inkişafı üçün şərait yaradılmasını, gənclərin məşğulluğunun təmin edilməsini, gənc ailələrin problemlərinin həll edilməsini, gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakının təmin edilməsini, Azərbaycan gəncliyinin dövlətini və xalqını beynəlxalq arenada layiqincə təmsil etməsinə dəstək göstərilməsini daim diqqət mərkəzində saxlamalıdır”.

Fact-info.az-ın məlumatına görə, bu fikriləri "Uşaqların Gələcəyi Naminə" İctimai Birliyin sədri Könül Quliyeva gənclərimizin təhsil keyfiyyətinin yüksəldilməsi üçün nələrin görülməli olduğu barədə QHT.az –a açıqlamasında bildirib. Onun sözlərinə görə, dövlət tərəfindən “Azərbaycan Gəncliyi: 2025-2050” Strateji Dövlət Proqramının hazırlanması və təsdiq edilməsi məqsədəuyğun hesab edilə bilər: “İntellektual Azərbaycan gəncliyinin formalaşmasında mühüm əhəmiyyət kəsb edən gənclər təşkilatlarına dövlət dəstəyi ölkəmizdə həyata keçirilən gənclər siyasətinin başlıca istiqamətlərindən biridir. Bu gün ölkəmizdə yüzlərlə gənclər təşkilatı, o cümlədən ali təhsil müəssisələrində çox sayda tələbə gənclər təşkilatları fəaliyyət göstərir. Dövlətin müxtəlif istiqamətlərdə həyata keçirdiyi siyasəti ictimai əsaslarla təbliğ edən bu təşkilatların maddi yardıma böyük ehtiyacı var. Gənclər bu və ya digər tədbirlərin təşkilində ciddi çətinliklərlə üzləşir, təhsil aldıqları və ya işlədikləri müəssisə və ya təşkilatın rəhbərliyindən asılı vəziyyətə düşürlər. Bu halda xüsusi bir maliyyə vəsaiti fondunun yaradılmasına ehtiyac hiss olunur. Ölkəmizdə könüllülük hərəkatının təşəkkülündə danılmaz xidmətləri olan gənclər təşkilatlarının məqsədyönlü və sistemli şəkildə maliyyələşdirilməsi vacib məsələdir. Bu işə sahibkarlıq fəaliyyəti göstərən hüquqi şəxslər fəal şəkildə cəlb olunmalıdırlar”.




Baxış sayı: 150
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Dünən, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Dünən, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Dünən, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir 16-10-2026, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031