Zəfərimizdən və lokal xarakterli antiterror tədbirlərindən sonra Xocalıda da müqəddəs bayrağımız dalğalanır. Bu yaxınlarda xocalılılar doğma ev-eşiklərinə qayıdacaqlar və orada həyat yenidən canlanacaq.
Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Xocalı faciəsi itkinlərinin naməlum taleyindən bəhs edən “13” adlı bədii-sənədli filmin təqdimatı zamanı deyib.
İcraçı direktor bu yaxınlarda Xocalıda tapılan kütləvi məzarlığın da ədalətin, haqqın səsi olduğunu bildirib. Qeyd edib ki, Xocalı soyqırımına ilk siyasi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilib. Deyib ki, 2008-ci ildən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində keçirilən tədbirlər bu faciənin dünyaya çatdırılmasında, Azərbaycan həqiqətlərin tanıdılmasında mühüm rol oynayıb.
Aygün Əliyeva vurğulayıb ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi əsir, girov və itkinlər mövzusuna müvafiq QHT layihələrinə geniş yer verilməsinə xüsusi diqqət ayırır.
Baxış sayı: 150
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
