Bu barədə AZƏRTAC-a bildirən sənətkar deyib ki, üzərində çalışdığı bir neçə əl işlərindən Şah İsmayıl Xətai, İmadəddin Nəsimi, Nəsrəddin Tusi, Üzeyir Hacıbəylinin portretləri hazırdır. Rəşad Ataşov vurğulayıb ki, on il əvvəl başladığı işi son bir ildə başa çatdırıb. Həmçinin gənc istedad kətan üzərində də xəttatlıq nümunəsi yaradıb və bu işi daha da inkişaf etdirir. Ərəb dilinin sirlərinə yaxından bələd olan gənc istedad qeyd edib ki, hər hansı bir tarixi şəxsiyyətin portretini yaradarkən onun orijinallığını qoruyub saxlamaq lazımdır, ərəb dilində hərflərin quruluşunu dəyişməklə məna tamamilə itə bilər. Sənətkar yaxın gələcəkdə yaratdığı mükəmməl əl işlərindən ibarət sərgi açacağını da bildirib. Qeyd edək ki, Rəşad Ataşov 120-dək belə portreti yaradacağını planlaşdırır.
Baxış sayı: 2 782
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

