FACT-INFO.AZ » QHT » Səttar Möhbalıyev: “Azərbaycan və Türkiyə birgə səylərlə qarşıdakı bütün hədəflərə nail olacaqlar”
20-02-2024, 13:30 | QHT
Səttar Möhbalıyev: “Azərbaycan və Türkiyə birgə səylərlə qarşıdakı bütün hədəflərə nail olacaqlar”

"Azad və demokratik seçkilər nəticəsində yüksək səs çoxluğu ilə növbəti dəfə Azərbaycan Prezidenti seçilən İlham Əliyev cənabları bu dəfə də ilk rəsmi dövlət səfərini dost və qardaş Türkiyəyə etdi. Xatırlayırsınızsa, ötən il cənab Rəcəb Tayyib Ərdoğan da yenidən Türkiyə Prezidenti seçildikdən sonra birinci rəsmi səfərini Azərbaycana reallaşdırmışdı. Ənənə halını alan bu məqam, təbii ki, heç də təsadüfü xarakter daşımır, bu artıq bir dəyərə çevrilib. Və iki qardaş ölkənin münasibətlərinin səviyyəsini əks etdirir. Sözsüz ki, burada hansısa siyasi-iqtisadi maraqlardan söhbət gedə bilməz. Bu yalnız qardaşlıq duyğularının təcəssümüdür. Dünyada belə təcrübə var: dövlətlər arasında rəsmi səviyyədə yaxın dostluq münasibətləri olur, amma onların xalqları bir o qədər də bir-birinə yaxın olmur. Lakin bütün səviyyələri əhatə edən Azərbaycanla Türkiyə əlaqələri xalqlarımızın da qardaşlığı, doğmalığı ilə böyük bir nümunə təşkil edir".

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

"Dərin köklərə malik münasibətlərimizin bu səviyyəyə yüksəlməsində hər iki ölkə liderinin xidmətləri xüsusi olaraq qeyd olunmalıdır. İstər dövlətimizin başçısı cənab İlham Əliyev, istərsə də Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan bütün beynəlxlaq platformalarda vahid mövqedən çıxış edir, ölkələrimiz arasında münasibətləri dərinləşdirir, dar gündə də, şad gündə də bir birinin yanında olurlar. Biz 44 günlük Vətən müharibəsində möhtərəm Rəcəb Tayyib Ərdoğan başda olmaqla ümumilikdə türkiyəli qardaşlarımızın mənəvi dəstəyini unuda bilmərik. Ürəkləri bizimlə bir döyündü, əsgərlərimizin hər bir uğuruna bizimlə birlikdə sevindilər. Həmin vaxt Türkiyə Prezidentinin verdiyi o tarixi mesaj üçüncü ölkələrin əl-qolunu bağladı, səslərini belə çıxara bilmədilər. Həmçinin Türkiyənin dövlət strukturları Azərbaycanın Qələbəsi üçün bütün sferalarda əzmkarlıq göstərdilər. Mən 2014-cü ildə İlham Əliyev cənablarının Praqada Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitinin 5 illiyinə həsr olunan plenar iclasında Sarkisyana verdiyi cavabı yaxşı xatırlayıram. Həmin vaxt işğalçı ölkənin rəhbəri sammitdə Türkiyənin iştirak etməməsini fürsət bilib rəsmi Ankaranın ünvanına qərəzli ifadələr işlətdi. Cənab İlham Əliyev bunu sərt qarşılayaraq "Türkiyə rəhbəri burada yoxdursa, mən burdayam" deyərək təcavüzkar dövlətin başçısına layiqli cavab verərək yerində oturtdu. Bütün bunlar sarsılmaz qardaşlığın əlamətidir", - AHİK sədri qeyd edib.

"Həmçinin mən Türk dövlətlərinin bir-birinə yaxınlaşmasında, münasibətlərinin inkişafında, təşkilatlanmasında, həmrəylik nümayiş etdirməsində Azərbaycan və Türkiyənin danılmaz xidmətlərini vurğulamaq istərdim. Məhz bunun nəticəsidir ki, artıq Türk Dövlətləri Təşkilatı regional güc mərkəzinə çevrilib və beynəlxalq siyasi proseslərə təsir imkanları artıb. Prezident İlham Əliyev andiçmə mərasimində də bu məsələyə toxundu və bəyan etdi ki, bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu gün dünyada gərgin, mürəkkəb proseslər gedir, axırı görünməyən müharibələr baş verir. Məhz buna görə də eyni soykökə, dilə, dinə, ortaq mədəniyyətə malik qardaş ölkələrin birliyi, həmrəyliyi zərurətdir. Unutmayaq ki, Türk ölkələri mühüm coğrafi ərazidə yerləşir, iqtisadi potensialları yüksəkdir, həmçinin zəngin enerji resurslarına və əhəmiyyətli nəqliyyat yollarına malikdirlər. Bu da Türk Dövlətləri Təşkilatının hərtərəfli güclənməsinə geniş imkanlar açır", - Milli Məclisin deputatı bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin qardaş ölkəyə səfəri, aparılan danışıqlar, imzalanan sənədlər əlaqələrimizin daha da dərinləşməsində, gələcək hədəflərin müəyyənləşməsində və ona nail olunmasında əhəmiyyətli rola malikdir: "Ölkələrimiz arasında rekord səviyyədə - 7,5 milyard dollar təşkil edən ümumi ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq planlaşdırılır. Habelə təbii qaz ixracının həcminin artırılması, müdafiə sənayesi sahəsində əməkdaşlığın gücləndirilməsi, bu istiqamətdə birgə istehsal gələcək planlar sırasındadır. Əminik ki, birgə səylər nəticəsində bütün bu hədəflərə çatacağıq".




Baxış sayı: 170
Fon der Lyayen: Avropa Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak edəcək Bu gün, 10:30 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub Bu gün, 09:30 Prezidentin Mətbuat Xidmətinin məlumatı Bu gün, 08:00 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb Bu gün, 08:00 Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30