FACT-INFO.AZ » QHT » Səttar Möhbalıyev: “Azərbaycan xalqı Zəfər yolunun növbəti mərhələsinə qədəm qoydu”
15-02-2024, 12:30 | QHT
Səttar Möhbalıyev: “Azərbaycan xalqı Zəfər yolunun növbəti mərhələsinə qədəm qoydu”

“Dövlətimizin və xalqımızın həyatında yeni dövrə start verildi. Xalqımızın möhkəm iradəsi və sarsılmaz həmrəyliyi sayəsində Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev cənablarının xalq qarşısında öz müqəddəs andını içməsi ilə böyük və şərəfli yola inamla qədəm qoyduq. Bu yol doğma Vətənimizin indikindən də gözəl çiçəklənməsi, hərtərəfli inkişafı, müstəqilliyinin, suverenliyinin qorunması, qazanılmış bənzərsiz uğurların davam etdirilməsi və yeni hədəflərə nail olmaqdır. Bu yol, təbii ki, zəfər yoludur, müvəffəqiyyətlərlə zəngin yeni bir dövrdür. Bunu əminliklə söyləməyə bizə ötən illərin nailiyyətləri əsas verir. Xalqımız ilk dəfə - 2003-cü ildə cənab İlham Əliyevi dövlətimizə rəhbər seçərkən qəlbimizdə böyük ümummilli arzular, qarşımızda çətin hədəflər, ən əsası isə Qarabağ həsrəti var idi. Amma qətiyyən naümid deyildik. İnanırdıq ki, bütün istəklərimizə çatacağıq. Gəlin, bugünkü Azərbaycana nəzər salaq - davamlı inkişaf edən müstəqil və güclü iqtisadiyyat, döyüş meydanında öz sözünü kişi kimi demiş yenilməz Ordu, xalqımızın xoşbəxt və firavan həyatı, yerləşdiyi coğrafiyanın əsas aparıcı dövləti, dünyanın ən əhəmiyyətli və strateji ölkələrindən biri, bir tərəfdə də dirçələn, çiçəklənən Qarabağ. Qeyd etdiklərim vaxtı ilə çoxlarına əlçatmaz görünə bilərdi, bu gün isə realdır. Biz bu arzu və istəklərə xalqımızın müdrik qərarı və sərrast seçimi, həmrəyliyi, dövlətimizin başçısı cənab İlham Əliyevin mükəmməl dövlətçilik təfəkkürü, çevik və səmərəli idarəçilik bacarığı, dərin siyasi biliyi, diplomatik səriştəsi və qətiyyəti sayəsində çata bildik”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, mürəkkəb bir coğrafiyada yerləşən, ərazisinin həcmi və əhalisinin sayı baxımından böyük olmayan, digər tərəfdən hərbi təcavüzə məruz qalan, bir milyondan artıq vətəndaşı məcburi köçkün həyatı yaşayan bir ölkənin cəmi 20 ildə bütün maneələri aşması, blokadaları yarması, regionda bütün təşəbbüsü öz əlinə alması yalnız uzaqgörən və güclü Liderin sayəsində mümkün olduğu hamıya məlumdur: “Sözsüz ki, bunun arxasında bilavasitə Prezident İlham Əliyevin gərgin zəhməti, fədakar və unudulmaz əməyi dayanır. O, qısa zaman kəsiyində yorulmadan gördüyü əvəzsiz işlər, apardığı ardıcıl islahatlar, müəyyənləşdirdiyi mükəmməl strategiyalar, həyata keçirdiyi aydın və konkret proqramlarla daim modernləşən, müasir dövrün tələblərinə cavab verən, dünyada gedən amansız rəqabətə davamlı güclü bir Azərbaycan qurub. Bu Azərbaycanın dünyada yeri və rolu, nüfuzu böyük, təsir imkanları geniş, onunla əlaqələr qurmaq, dost olmaq istəyən dövlətlərin sayı isə kifayət qədərdir. Çünki ölkəmizin təşəbbüsü ilə ərsəyə gələn beynəlxalq və regional layihələrin işığı bütün dünyaya bərq vurur, Avropanın enerji böhranından yeganə xilas yolu hesab edilir. Həm iqtisadi, həm də siyasi və strateji baxımdan yüksək əhəmiyyətə malik Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TANAP, TAP, Transavropa və Transasiya dəmiryollarını birləşdirən Bakı-Tbilisi-Kars dəmiryolu ölkəmizin regional güc mərkəzinə çevrilməsində, qlobal mövqelərinin möhkəmlənməsində son dərəcə önəmli layihələrdir”.

“Təcrübə göstərir ki, dövlətlərin bir-birinə yaxınlaşması, əməkdaşlığın qurulması və genişlənməsi etibar və ölkədə mövcud olan sabitlikdən çox asılıdır. Bu sahədə Azərbaycan ləyaqətli bir ölkədir, burada möhkəm sabitlik var, həmçinin Prezidentimiz sözü ilə işi bir olan, atdığı hər bir imzasına hörmətlə yanaşan şəxsiyyətdir. Azərbaycanın qlobal uğurlarının digər səbəbi isə cənab İlham Əliyevin dünya siyasətini, beynəlxalq münasibətləri tarixi, nəzəri və praktik baxımdan dərindən bilməsidir. O, xarici siyasətdə hər zaman milli dövlət maraqlarından çıxış edib, Azərbaycanın mənafeyini bütün dəyərlərdən üstün tutub. İştirak etdiyi qlobal tədbirlər, beynəlxalq tribunalarda etdiyi çıxışlar, irəli sürdüyü təşəbbüslərlə ölkəmizi layiqincə təmsil edib. Onun nümunəvi davranışları, yüksək siyasi mədəniyyəti və intellektual səviyyəsi dünyada ölkəmizin nüfuzunun artmasına əsaslı təsir edib, həm də hər birimizi qürurlandırıb”, - Milli Məclisin deputatı bildirib.

Səttar Möhbalıyev əminliklə vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızı qarşıda daha böyük nailiyyətlər, parlaq gələcək və güclü Azərbaycan gözləyir.  




Baxış sayı: 150
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Dünən, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Dünən, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Dünən, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir 16-10-2026, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031